Kənd təsərrüfatı məhsullarının bazara çıxış imkanı asanlaşır
Tarix: 16.01.2014 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Prezident kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsulları ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması və ərzaq bazarının səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi aqrar siyasətin əsas prinsiplərini, kənd təsərrüfatının inkişafında strateji hədəfləri və prioritet istiqamətləri özündə əks etdirən “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsini və kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsinə dair təkliflərini üç ay müddətində, Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsinə, o cümlədən onun yerli bölmələrinin təşkilinə dair təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək. Nazirlik yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görəcək, kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə şəhərlərdə və rayon mərkəzlərində yarmarkaların təşkilini təmin edəcək, İqtisadiyyat və Sənaye Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə uyğun ət kəsimi və satışı mərkəzlərinin yaradılması üçün tədbirlər görəcək, Səhiyyə Nazirliyi ilə birlikdə baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə cavab verməyən yerlərdə ət kəsiminin qarşısının alınmasını təmin edəcək və görülən işlər barədə iki ay müddətində Prezidentə məlumat verəcək. Kənd Təsərrüfatı Nazirliyi fermerlərə informasiya-məsləhət xidmətinin səmərəli təşkili sahəsində müvafiq tədbirlər görəcək, qaynar xəttin yaradılmasını təmin edəcək və görülən işlər barədə iki ay müddətində Prezidentə məlumat verəcək. İqtisadiyyat və Sənaye Nazirliyi Dövlət Gömrük Komitəsi ilə birlikdə kənd təsərrüfatı və ərzaq məhsulları ixracının artırılmasına və bu sahədə prosedurların sadələşdirilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək, Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı məhsullarının tədarükü və emalı ilə bağlı vəziyyəti təhlil edəcək, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün tədbirlər görəcək və nəticəsi barədə iki ay müddətində Prezidentə məlumat verəcək, özəl tədarük-satış bazalarının, ticarət (treyder) şirkətlərinin, logistik mərkəzlərin, qablaşdırma və tara təsərrüfatının, kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasına xidmət edən xüsusi nəqliyyat vasitələri, o cümlədən avtorefrijerator parkının yaradılmasının dövlət tərəfindən dəstəklənməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərinin rayonlarında və iri şəhərlərdə daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış “fermer mağazaları” və “yaşıl marketlər” şəbəkəsinin yaradılmasının dəstəklənməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək, kənd təsərrüfatı və ərzaq məhsulları bazarında, tədarük prosesində haqsız rəqabət meyillərinin qarşısının alınması ilə bağlı tədbirləri və antiinhisar nəzarətini gücləndirəcək, nəticəsi barədə ildə bir dəfə Prezidentə məlumat verəcək.
Daxili İşlər Nazirliyi və Nəqliyyat Nazirliyi kənd təsərrüfatı və ərzaq məhsullarının ölkə daxilində daşınması üçün əlverişli şəraitin yaradılması sahəsində müvafiq tədbirlər görəcək və bu barədə rübdə bir dəfə Prezidentə məlumat verəcək. Dövlət Statistika Komitəsi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı uçotunun, ərzaq təhlükəsizliyi statistikasının və ərzaq bazarında qiymətlərin müayinəsinin təkmilləşdirilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək. Nazirlər Kabineti beynəlxalq təcrübəni nəzərə almaqla, ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarət sisteminin institusional baxımdan təkmilləşdirilməsinə, bu sahədə paralelliyin aradan qaldırılmasına dair təkliflərini iki ay müddətində, yaradılacaq özəl “fermer mağazaları”, “yaşıl marketlər” və topdansatış mərkəzləri üçün müvafiq yer və ərazilərin ayrılmasına və onun şərtlərinə dair təkliflərini bir ay müddətində, kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılmasına və daxili bazarın qorunmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək, sərəncamın icrasına nəzarəti təmin edəcək və nəticəsi barədə rübdə bir dəfə Azərbaycan Prezidentinə məlumat verəcək.




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Azərbaycan bayrağı Estoniyanın paytaxtında da işıqlandırılıb
28.05.2020
28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat
28.05.2020
Prezident: “Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik“
28.05.2020
Prezident: “Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün xəyanət etmişdi“
28.05.2020
“O vaxt Azərbaycanın başında Heydər Əliyev olsaydı, heç vaxt bir qarış torpaq da düşmən tərəfindən işğal edilə bilməzdi“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
3 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
4 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
5 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info