KOİCA ilə birgə layihə
Tarix: 16.01.2014 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) Azərbaycan ofisinin rezident numayəndəsi xanım Kim Eun-suk və onun rəhbərlik etdiyi işçi qrpu “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin tətbiqi ilə əlaqədar Naxçıvan Dövlət Universitetində olublar.
Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov və xanım Kim Eun-suk layihənin icrası ilə bağlı inzibati, təşkilati məsələləri müzakirə ediblər. Rektor Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin xüsusi dəstəyi və tövsiyəsi ilə elektron universitet yaradılması, distant təhsilin tətbiqi ilə bağlı görülən işlərdən bəhs edib. Qeyd olunub ki, layihədə ali məktəbin idarəetmə sisteminin müasir texnologiyalar vasitəsilə təkmilləşdirilməsi, tələbələrə onlayn təhsil xidməti göstərilməsi üçün portal, distant təhsil, akademik işlər, elektron kitabxana və s. ibarət elektron təhsil şəbəkəsi yaradılması, müasir texnologiyaların alınıb quraşırılması, rəqəmsal multimedia infrastrukturunun təkmiləşdirilməsi nəzərdə tutulur. 2015-ci ildə tamamlanacaq layihənin həyata keçirilməsinə KOİCA tərəfindən 3500000 ABŞ dolları həcmində vəsait ayrılıb. Bir neçə günlük səfər çərçivəsində layihənin uğurlu icrası istiqamətində əhəmiyyətli işlər görülüb, Naxçıvan Dövlət Universiteti tərəfindən layihəni icra edəcək işçi qruplar ilə birgə müzakirələr aparılıb. Akademik idarəetmə sistemi, texniki təminat, portal, elektron sənəd dövriyyəsi, multimedia üzrə işçi qrupları ilə birgə elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun qurulması, alınacaq texniki avadanlıqların və proqramların seçilməsi ilə əlaqədər məsələlər razılaşdırılıb. Koreyalı işçi heyət informasiyalaşdırılmış universitet, elektron təhsil şəbəkəsinin yaradılması məqsədilə universitetin müxtəlif struktur bölmələrində olub, idarətmə sistemi, tədris prosesi ilə yaxından tanış olub. Yekun tədbirdə layihədə ediləcək yeniliklər, təkliflər birgə müzakirə olunub. Naxçıvan Dövlət Universiteti tərəfindən layihənin ümumi rəhbəri, rektor, professor Saleh Məhərrəmov, KOİCA-nın Azərbaycan ofisinin rezident nümayəndəsi, xanım Kim Eun-suk layihənin həyata keçirilməsi ilə bağlı növbəti mərhələlərdə qarşıda duran vəzifələr, görüləcək işlər haqqında məlumat verib, hər iki tərəfin işçi heyətinin fəaliyyətləri yüksək qiymətləndirilib. Sonda Naxçıvan Dövlət Universiteti ilə layihəni reallaşdıracaq icraçı şirkət arasında müqavilə imzalanıb.
Mehriban Sultan




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info