Avropa Oyunları ilə əlaqədar dayanacaqlarda wi-fi sistemi quraşdırılacaq
Tarix: 17.01.2014 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Müvafiq strukturlar 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar paytaxtımızın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işləri sürətləndiriblər.
Ümumiyyətlə, Avropa Oyunlarınadək paytaxtın yol-nəqliyyat infrastrukturunda görülməli olan işlərin planı hazırlanmışdır və artıq bu istiqamətdə real addımlar atılır. Azərbaycan Prezidentinin bu sahədə qarşıya qoyduğu mühüm vəzifələrə uyğun olaraq ötən il Nəqliyyat Nazirliyində keçirilən iclas çərçivəsində nəqliyyat xidmətlərinin təşkilinə dair Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən cəlb edilmiş mütəxəssislərlə görüş olub. Bu məqsədlə Nəqliyyat Nazirliyində müvafiq işçi qrupu da yaradılıb. İclasda nəqliyyat xidmətlərinin uğurlu təşkili və yüksək keyfiyyətli xidmətin göstərilməsi üçün müvafiq tapşırıqlar verilib.
Qeyd etmək lazımdır ki, son illər Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün böyük işlər görülmüşdür. Lakin bu infrastruktur günün tələblərinə cavab verməsi üçün daim yenilənməlidir.
Paytaxtda nəqliyyatın hərəkətinin təşkilində önəmli rol oynayan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) də bu istiqamətdə fəaliyyətini canlandırıb. Mərkəzin baş direktoru Elnur Abdulayev deyir ki, layihəyə uyğun olaraq intellektual nəqliyyat sisteminin iş prinsipi, fəaliyyəti ilə bağlı əhalini məlumatlandırmaq üçün müvafiq internet saytı yaradılıb. Sayt portal formasında Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Artıq əcnəbi vətəndaşlar da bu saytdan yararlana bilərlər. Vətəndaşların saytdan daha rahat istifadə edə bilmələri üçün hazırda saytımızın təkmilləşdirilməsi və yeni dizaynda hazırlanması istiqamətində işlər görülür. Nəqliyyat məsələləri üzrə NİİM-də 24 saat fəaliyyət göstərən vahid əlaqələndirmə qərargahının yaradılması və onun fəaliyyətinin təmin edilməsi istiqamətində görülən işlərdən danışan E.Abdullayev qeyd edib ki, ötən ilin ikinci yarısından başlayaraq bu sahədə bir çox tədbirlər reallaşdırılıb. Nəqliyyat nazirinin əmri ilə müvafiq işçi qrupu yaradılıb və qrupa nazirliyin tərkibindəki müvafiq qurumların rəhbərləri daxil ediliblər. Eyni zamanda, Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunları üzrə Təşkilat Komitəsinin nəqliyyat məsələləri üzrə əməkdaşları ilə bir sıra görüşlər keçirilib. Əmrin müvafiq bəndinə uyğun olaraq NİİM-də xüsusi qərargah da yaradılıb.
NİİM-in baş direktoru birinci Avropa Oyunları ilə əlaqədar dayanacaqlarda wi-fi sisteminin quraşdırılıb-quraşdırılmayacağı ilə bağlı suala cavabında bildirib ki, ötən ildən etibarən sistemin quraşdırılması istiqamətində araşdırmalara başlanıb: “Müəyyən alqoritmlər, strukturlar müzakirə olunub, bəzi şirkətlərlə görüşlər keçirilib. Müvafiq qərar verildikdən sonra bu istiqamətdə real addımlar atılacaq”.
İntellektual nəqliyyat sisteminin təkmilləşdirilməsi və genişləndirilməsi barədə məlumat verən NİİM-in baş direktoru deyib ki, bu layihənin 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. İlk mərhələ artıq başa çatıb, ikinci və üçüncü mərhələlərlə bağlı müəyyən işlər aparılıb. Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar ikinci mərhələ 2 hissəyə bölünüb. Birinci hissədə oyunların keçirilməsi ilə bağlı intellektual nəqliyyat sisteminin təkmilləşdirilməsi işləri aparılacaq: “Bakı şəhərində avtobus dayanacaqlarının adlarının müəyyənləşdirilərək Azərbaycan və ingilis dillərində yazılmasına gəldikdə isə deməliyəm ki, avtobus dayanacaqlarının adlarının müəyyənləşdirilməsi intellektual nəqliyyat sistemi həyata keçirilərkən tam həllini tapıb. Azərbaycan Milli Elmlər Akademiyasına müvafiq məktub göndərilərək razılıq alınıb. Həmin adlardan hazırda internet saytında və bizim sistemin digər vasitələrində istifadə etmək mümkündür. Dayanacaqların üzərində yazıların quraşdırılması məsələsi ilə əlaqədar Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birlikdə aparılan işlər qısa müddətdə tam başa çatdırılacaq”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Prezident İlham Əliyev: Azərbaycan 30 ölkəyə dəstək verib
01.06.2020
Ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub
01.06.2020
Prezident İlham Əliyevlə AIB-nın rəhbərləri arasında videokonfrans keçirilib - YENİLƏNİB
01.06.2020
Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək
01.06.2020
Birinci vitse-prezident Mehriban Əliyeva uşaqları təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info