“Parlaq zəka” intellekt şousu ikinci çəkiliş mövsümünə hazırlaşır
Tarix: 17.01.2014 | Saat: 14:27:00 | E-mail | Çapa göndər


Hər bazar günü Azərbaycan Televiziyasının efirində saat 11:00-da yayımlanan “Parlaq zəka” intellekt şousu ikinci çəkiliş mövsümünə hazırlaşır.
İntellektual yarışmanın mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanda “Parlaq zəka” adı ilə yayımlanacaq veriliş “Umnitsı i umniki” layihəsinin ölkəmizdəki istedadlı və savadlı gənclərinin formalaşmasında, onların intellektual inkişafındakı müsbət rolu nəzərə alınaraq yaradılıb.
Bu möhtəşəm intellektual turnirdə ali təhsil müəssisələrinin bakalavr pilləsində təhsil alan tələbələri öz biliklərini sınayacaqlar. Viktorinanın özəyi – intellektual yarış, oyun müddətində səhv etmək imkanlarının məhdudluğu, iddiaçıların iştirak imkanları, qaliblərin ali təhsil müəssisəsinə qəbul edilməsi və s. dəyişməz olaraq qalacaq.
Yarışmanın məqsədi Azərbaycan gəncliyinin inkişafına töhfə vermək, onların dünyagörüşünü zənginləşdirmək, müvafiq ali təhsil müəssisəsinə qəbul olunmasına və peşəkar bilik və bacarıqlarının artmasına yardım etməkdir. Suallar Azərbaycan və dünya tarixi, mədəniyyəti, coğrafiya, idman, fəlsəfə, ümumi mövzuları və s. əhatə edəcək.
Sualların tərtibatı və seçilməsi ilə xüsusi redaksiya heyəti məşğul olur. Sualların hazırlanması zamanı mənbələrin etibarlılığı, sualların faydalılığı və məqsədli təyinatı maksimal dərəcədə nəzərə alınıb. Eyni zamanda, tematik veriliş formatının saxlanması da nəzərdə tutulub.
Oyunun əsas hədiyyələri kimi qaliblərin magistr pilləsində pulsuz təhsil almaları üçün xaricə göndərilməsi nəzərdə tutulur. Birinci yerin sahibi 5 illik qüvvəsi olan 40.000 manat dəyərində təhsil vauçeri alacaq. İkinci və üçüncü yerlərə müvafiq olaraq 30.000 və 20.000 manatlıq vauçerlərin verilməsi nəzərdə tutulub. Eyni zamanda, həvəsləndirici hədiyyə olaraq iki nəfərə də 20.000 manatlıq vauçerlər də verilə bilər.
Layihə rəhbərinin Azərbaycan İntellektual Oyunlar Klubunun prezidenti Aydın Piriyevdir.
Telelayihənin efir məkanında özünü layiqincə doğruldacağına yaradıcı heyət tərəfindən böyük ümidlər bəslənir və tezliklə ətrafına geniş auditoriya toplayacağı gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
28.05.2020
Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya
28.05.2020
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub
27.05.2020
Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
27.05.2020
Rok-n-roll və caz janrındakı kompozisiyaları ifa edib hamını şoka saldı
26.05.2020
Gözəl mahnı möhtəşəm ifada

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info