Safinanın Bakıdakı konsertinin repertuarı açıqlandı
Tarix: 17.01.2014 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Alessandro Safinanın Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinin repertuarı məlum olub.
Mərkəzdən “Palitra”ya verilən məlumata görə, İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi Alessandro Safina fevralın 21-də Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək.
Alessandro Safina Bakıda təşkil olunacaq ilk konsertində hitə çevrilmiş və müxtəlif ölkələrdə sevilən mahnılarını ifa edəcək. Müğənninin iki saatadək davam edəcək konsertində "Incanto", "Memories", "Luna", "Besame Mucho", "La Nave Va", "Al Di La" və digər məşhur ifaları səslənəcək.
Qeyd edək ki, erkən yaşlarından musiqini öyrənməyə başlayan Alessandro Safina 17 yaşında Florensiyada konservatoriyaya daxil olub və Avropanın müxtəlif ölkələrində məşhur operalarda əsas partiyaları ifa edib. O, klassik və populyar musiqi janrlarını birləşdirməklə sənətdə "opera roku" adlandırılan yeni üslub yaradıb. Müğənni dünyanın ən məşhur konsert salonlarında - Mantovadakı "Teatro Bibiena"da, Londondakı "Barbican Hall"da və digərlərində çıxış edib. "Luna" sinqlının yer aldığı diski isə dünyada milyonların qəlbini fəth eləyib.
Alessandro Safinanın konsertinin biletləri yanvarın 23-dən satışa çıxarılacaq. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından almaq mümkündür.
Tural




 
Bölməyə aid digər xəbərlər
28.05.2020
Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya
28.05.2020
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub
27.05.2020
Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
27.05.2020
Rok-n-roll və caz janrındakı kompozisiyaları ifa edib hamını şoka saldı
26.05.2020
Gözəl mahnı möhtəşəm ifada

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info