Müdafiə Nazirliyi ictimaiyyətə çağırış etdi
Tarix: 17.01.2014 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Müdafiə Nazirliyi kütləvi informasiya vasitələri, ictimaiyyət nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, son vaxtlar Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində müxtəlif məzmunlu məlumatlar dərc olunur, elektron mediada və sosial şəbəkələrdə yerləşdirilir.
Müraciətdə deyilir:
"Bu xəbərlərin əksəriyyəti hərbi sahədə dövlət sirri təşkil edən məlumatlar olmaqla hərbi hissələrin dislokasiya yerləri, komandanlıq və xidmət üzrə yerdəyişmələr barədə informasiyaları əhatə edir.
Bundan əlavə 2013-cü ilin oktyabr ayının sonunda Müdafiə naziri ilə heç bir əlaqəsi olmayan facebook.com sosial şəbəkəsində "General-Polkovnik Zakir Həsənov" adlı səhifə yaradılıb.
Təəssüflər olsun ki, Müdafiə Nazirliyi tərəfindən ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinə Silahlı Qüvvələr haqqında məlumatlar yayarkən dövlət sirlərinin qorunmasına daha həssaslıqla və anlayışla yanaşmaları dəfələrlə tövsiyə edilməsinə baxmayaraq, vəziyyət bu gün də dəyişməz olaraq qalır.
Bunun nəticəsində isə əksər hallarda düşmən kəşfiyyatı yayılan informasiyaların köməyi ilə Silahlı Qüvvələrimiz haqqında məlumatları (komandanlıq, şəxsi heyət, hərbi hissələrin yerləri və s.) heç bir çətinlik çəkmədən toplamaq imkanı əldə edir.
Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə təkidlə müraciət edərək hərbi hissələrin nömrələrinin, təyinatının, dəqiq dislokasiya yerlərinin göstərilməsinin, Silahlı Qüvvələrdə təyin edilmə və xidmət üzrə yerdəyişmə barədə məlumatlarda şəxslərin adının, soyadının, hərbi rütbəsinin, vəzifəsinin və barələrində digər fərdi məlumatların yayılmasının yolverilməzliyini bir daha diqqətə çatdırır, bu məsələlərə milli təhlükəsizlik mənafelərinin qorunması baxımından yanaşaraq vətəndaş mövqeyindən çıxış etmələrini xahiş edir".
Tural




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info