Alimlərimizin qrant layihələrində iştirakı təmin ediləcək
Tarix: 17.01.2014 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Yanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində Avropa İttifaqının 7-ci Çərçivə Proqramının davamı olan “Horizon-2020”nin təqdimatı keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyası institutlarının, AMEA-nın nəzdində fəaliyyət göstərən təşkilatların nümayəndələrinin iştirak etdikləri tədbirdə akademiyanın mərkəzi aparatının şöbə müdiri Qulam Babayev proqramın əhəmiyyətindən danışıb. Bildirib ki, 7 il müddətinə nəzərdə tutulan bu proqram alimlərimizin qrant layihələrində iştirakını təmin etmək məqsədi daşıyır. Bununla yanaşı, layihə vasitəsilə elmin inkişafının daha yüksək səviyyəyə qaldırılması, innovasiya və elmi tədqiqatların sənayedə tətbiqi, cəmiyyətdə sağlam həyat və qida təhlükəsizliyi, ətraf mühitin qorunması kimi sahələrdə tədqiqat layihələrini həyata keçirmək mümkün olacaq. Layihənin büdcəsi 80 milyard avro civarındadır. Layihədə 60 min alimin iştirakı nəzərdə tutulur.
Təqdimatla çıxış edən AMEA Kibernetika İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Tofiq Babayev 2014-2020-ci illəri əhatə edəcək qlobal proqramda Azərbaycan alimlərinin elmi potensialından, ayrılan vəsaitin istiqamətlərindən, gözlənilən elmi nəticələrdən danışıb.
Sonra müzakirələr aparılmış, suallar cavablandırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Yay Olimpiya Festivalı zamanı xüsusi avtobuslar ayrılacaq
17.07.2019
Məktəblinin vəfatı ilə əlaqədar istintaq tədbirləri davam etdirilir
17.07.2019
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17.07.2019
“İrəli“ gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil ediblər
17.07.2019
Azərbaycan İlahiyat İnstitutu media nümayəndələrini mükafatlandırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info