Yaponiyanın Baş naziri Soçi Olimpiadasının açılışında iştirak edəcək
Tarix: 17.01.2014 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Yaponiyanın NHK televiziya kanalının yaydığı məlumata əsasən, Baş nazir Şinzo Abe fevralın 7-də Soçidə Olimpiya Oyunlarının açılış mərasimində iştirak etməyi planlaşdırır.
Rusiya Prezidenti Vladimir Putin ötən ilin oktyabrında İndoneziyadakı görüş zamanı Ş.Abeni bu mərasimə qatılmağa dəvət edib.
Baş nazir bu təklifi hərtərəfli götür-qoy etməli olmuşdur. Çünki həmin gün Yaponiya hökuməti tərəfindən elan edilmiş “Şimal əraziləri günü” ilə eyni vaxta təsadüf edir.
Yaponiyada şimal əraziləri dedikdə, Hokkaydo adasının şimalında yerləşən və bu ölkənin iddia etdiyi adalar nəzərdə tutulur.
Səfər, eyni zamanda, Yaponiya parlamentinin növbəti sessiyası ilə eyni vaxta düşür.
Vəziyyəti bütünlükdə təhlil edən Ş.Abe, V.Putin ilə şəxsi münasibətləri möhkəmləndirmək üçün Qış Olimpiya Oyunlarının açılış mərasiminə qatılmağı qərara alıb.





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info