Ötən il Azərbaycanda sənaye istehsalı 2% artıb
Tarix: 17.01.2014 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Ötən il Azərbaycanın sənaye sektorunda istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 33,7 mlrd. manat təşkil edərək əvvəlki illə müqayisədə 1,8% çox olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, sənayenin ibarət olduğu mədənçıxarma, emal sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin hamısında 2012-ci illə müqayisədə istehsalın artımı qeydə alınıb. İstehsalın ¾ hissəsi mədənçıxarma, 20,1%-i emal, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib. Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin səviyyəsini 4,8%, neft-qaz sektorunda isə 1,1% üstələyib. İl ərzində 43,1 mln. ton neft, 17,9 mlrd. kubmetr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, poliqrafiya, kimya, əczaçılıq, tikinti materiallarının, metallurgiya, elektrik avadanlıqlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, s. nəqliyyat vasitələri və məhsulların istehsalında daha çox artım əldə edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info