“British Airways” azərbaycanlı turistlər üçün xüsusi tarif təklif edir
Tarix: 17.01.2014 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


“British Airways” aviaşirkəti Böyük Britaniya, Avropa, ABŞ və Kanadaya səfər etmək istəyən azərbaycanlı turistlər üçün xüsusi tarif təklif edir.
Bu il üçün təklif edilən yeni ən yaxşı istiqamətlər hazırda azərbaycanlı turistlər arasında daha məşhur olan Avropa istiqamətlərindən fərqli və uzaqdır. Böyük Britaniyanın Lids və Şotlandiyanın Qlazqo şəhərlərindən ABŞ-ın Ostin, Albukerke və Las-Veqas şəhərlərinə olan aviareyslər turistlərə nadir və maraqlı təcrübə qazandıracaq.
“British Airways”ın Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo de Renzis deyir ki, Böyük Britaniyanı Londondan kənarda tədqiq etmək istəyənlər bunu Lids şəhərində edə bilər. Burada Roma sikkələrinin tapılması üçün arxeoloji qazıntı ilə məşğul olmaq, tarixi ekskursiyaya yollanmaq və ya kənd yerlərində gəzintiyə çıxmaq mümkündür. “Daunton abbatlığı” serialından sonra Yorkşir qraflığı 2014-cü ildə “Lonely planet” internet portalında səyahət üçün aparıcı istiqamətlər üzrə 3-cü yeri tutub. Yorkşirdən bir qədər şimalda Qlazqo şəhəri yerləşir. Bu şəhər iyulun 23-də Birlik Oyunlarının mərkəzinə və bununla da “British Airways”ın ən yaxşı istiqamətlərindən birinə çevriləcək.
Əgər ABŞ-da macəralar sizi daha çox cəlb edirsə, Ostində canlı musiqidən ilhamlana bilərsiz, “Breaking Bad” serialının çəkildiyi Albukerke isə səyahətçilərə SPA xidmətləri, qolf meydançası, yatmış vulkanlar, hava şarında gəzinti və “kabus” turları təklif edir. Las-Veqas da turistlərin sevimli məkanlarındandır.
Aviaşirkətin Azərbaycandakı nümayəndəliyindən bildiriblər ki, “British Airways”ın 2014-cü il üzrə istiqamətləri sifariş etmək üçün ba.com veb-səhifəsini yanvarın 23-dək ziyarət etmək lazımdır. Əldə olunan biletlərlə iyulun 31-dək səyahət etmək olar. Böyük Britaniya və Avropaya biletlərin tarifi 477 avrodan, ABŞ və Kanadaya isə 744 avrodan başlayır.
İl ərzində dünya üzrə 36 milyona yaxın sərnişin daşıyan “British Airways” 75 ölkədə 170 istiqamətdə uçuş həyata keçirir.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib
31.05.2020
Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib
31.05.2020
Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər
31.05.2020
İyun ayında bəzi günlərdə temperatur 39 dərəcəyə çatacaq
31.05.2020
“Mən həmişə fəxr edirəm ki, Vətənimin Sizin kimi rəhbəri var“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info