“Gəncləşən muğam-5” layihəsi Azərbaycan Gəncləri Gününə gözəl bir töhfə olacaq
Tarix: 17.01.2014 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Sarayının birgə təşəbbüsü və təşkilatçılığı ilə reallaşan “Gəncləşən muğam” layihəsi davam edir.
Xalq artisti, professor Mənsum İbrahimov ilə əməkdar artistlər - tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovun bu birgə layihəsi çərçivəsində fevralın 2-də Heydər Əliyev Sarayında “Gəncləşən muğam-5” adlı konsert keçiriləcək.
Xalq artisti, professor Mənsum İbrahimov müsahibəsində layihə haqqında geniş məlumat verib. Bildirib ki, layihəni ilk dəfə həyata keçirəndə tamaşaçılar və sənətkarlar tərəfindən çox maraq yarandığından onu davam etdirmək və hər il fevralın 2-də ənənəvi olaraq keçirilən Azərbaycan Gəncləri Gününə həsr etmək qərarına gəlinib. Layihənin adı özündə yaşı min illərlə ölçülən muğam sənətinin gənclərin ifasında gəncləşdiyini əks etdirir.
Əgər ilk dəfə konsert yalnız tələbələrimizin iştirakı ilə təşkil olunubsa, sonrakı illərdə layihənin əhatə dairəsi genişlənib, bu dəfə isə daha böyük miqyas alıb. Yəni “Gəncləşən muğam-5” layihəsində 2005-ci ildən başlayaraq keçirilən 4 muğam müsabiqəsinin əsas qalibləri, diplomantları və sənətə yeni qədəm qoyan gənclər, beləliklə, tanınmış və tanınmamış ifaçılar, ümumilikdə 51 xanəndə iştirak edəcək. İştirakçılar 12 yaşından tutmuş 35-36 yaşadək müxtəlif qrupları əhatə edəcək. Həmçinin təkcə xanəndələr deyil, tar və kamança ifaçıları da onları müşayiət edəcək. Bu həm də mənim sənət dostlarım olan əməkdar artistlər tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovun ideyasıdır. Hazırda onlar musiqiçilərlə işləyirlər.
Layihə çərçivəsində ərsəyə gələn konsertin hər dəfə fərqli formatda təqdim edildiyini deyən Mənsum İbrahimov bu dəfəki ifaların keçən ilki kimi duet, sırf konsert deyil, teatrlaşdırılmış kompozisiya şəklində təqdim olunacağını diqqətə çatdırıb.
Layihəyə Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Sarayının dəstəyini vurğulayan görkəmli xanəndə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, konsertə Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin quruluş verəcəyini qeyd edib.
Bildirib ki, layihə çərçivəsində biz həm yeni gənclərimizi tamaşaçılara təqdim edirik, həm də tanınmış xanəndələrin kompozisiya şəklində o ifaçılarla birləşib muğamlarımızdan kompozisiyalar qururuq. Konsertdə “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Şah İsmayıl” operalarından da kompozisiyalar olacaq. Onları da biz sırf gənc ifaçılara vermişik. Aparıcılar da muğam parçalarına aid maraqlı fikirlər söyləyəcək, səhnə tərtibatı gözəl olacaq. Konsertdə Təbrizdən də xanəndə çıxış edəcək. Hesab edirəm ki, konsert Azərbaycan Gəncləri Gününə gözəl bir töhfə olacaq.
Tanınmış xanəndə vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın mədəniyyətimizin və incəsənətimizin, o cümlədən muğam sənətimizin təbliğində və tanıdılmasında müstəsna rolu var. Bu sahədə çalışan sənət adamlarına böyük dəstək və qayğı göstərilir. Azərbaycan beynəlxalq muğam festivallarına uğurla ev sahibliyi edir. Məhz bu çərçivədən, həmin layihənin davamı kimi konsertə beynəlxalq muğam festivalları münsiflər heyətinin üzvləri, ustad sənətkarlarımız, ziyalılarımız, müxtəlif peşə sahiblərini dəvət edəcək və gənclərimizi onlara təqdim edəcəyik. Belə tədbirlərdə hansısa bir gəncin yolu açılır, onun ifası kəşf edilir.
Mənsum İbrahimov deyib: “Artıq məşqlər, eləcə də rəqabət başlayıb. Ümid edirəm ki, nəticə yaxşı olacaq. Fürsətdən istifadə edib, tamaşaçıları fevralın 2-də Heydər Əliyev Sarayında reallaşacaq layihəni izləməyə dəvət edirəm”.
Layihənin digər müəllifləri olan Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov bildiriblər ki, konsertdə Azərbaycan Milli Konservatoriyasının, eləcə də onun nəzdindəki musiqi kollecinin tələbələri, böyük sənətkarlarımızın tələbələri də çıxış edəcəklər. Xanəndələri 14 duet, yəni, tar və kamança ifaçıları müşayiət edəcəklər.
Məşqlərdə gənclərin rəqabəti və böyük məsuliyyəti hiss olunur. Rəqabət ondan irəli gəlir ki, hər kəs özünü səhnədə daha yaxşı göstərməyə çalışır. Məsuliyyətdən isə ondan irəli gəlir ki, onlar ulu öndərin adını daşıyan Heydər Əliyev Sarayında çıxış edəcəklər. Bu xoşbəxtlik isə hər sənətçiyə, ifaçıya nəsib olmur. Tamaşaçıların hər il konserti diqqətlə izləmələri bizi dəstəkləmələri isə ifaçılarımıza böyük ruh yüksəkliyi və güc verir.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info