Alman-Azərbaycan Forumu aqrar sahədə peşə hazırlığına dəstək verir
Tarix: 17.01.2014 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə beynəlxalq “Yaşıl Həftə” sərgisində və sərgi çərçivəsində kənd təsərrüfatı nazirlərinin altıncı Berlin sammitində iştirak etmək məqsədi ilə Almaniyada səfərdədir.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində nazir Heydər Əsədov Alman-Azərbaycan Forumunun sədri Eberhard Şleyer ilə görüşmüşdür. Görüşdə tərəflər arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Nazir Heydər Əsədov Azərbaycanda aqrar sahədə peşə hazırlığının gücləndirilməsinə ehtiyac olduğunu və bu sahədə Almaniya təcrübəsinin ölkəmizdə tətbiqinin faydalı ola biləcəyini vurğulayıb. Eberhard Şleyer bu sahədə ölkəmizə dəstək verməyə hazır olduğunu və tezliklə bu məsələyə dair layihə hazırlanacağını bildirib.
Daha sonra nazir Heydər Əsədov beynəlxalq “Yaşıl Həftə” sərgisinin, həmçinin ərzaq və kənd təsərrüfatı üzrə qlobal forumun açılış mərasimində iştirak edib.
Açılış tədbirindən sonra Heydər Əsədov Almaniyanın ərzaq və kənd təsərrüfatı naziri Hans Peter Fridrix ilə görüşərək iki ölkə arasında aqrar sahədə əməkdaşlıq əlaqələrini daha ətraflı müzakirə etmək məqsədi ilə almaniyalı həmkarını Azərbaycana dəvət edib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info