Azərbaycan İstiqlal Muzeyində tədbir-sərgi təşkil olunub
Tarix: 17.01.2014 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Yanvarın 17-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş “24 il əvvəl... 24 il sonra...” adlı tədbir-sərgi təşkil olunub.
Tədbirdə 20 Yanvar şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sərgini açıq edən Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş qanlı haqqında danışıb. Bildirib ki, həmin gecə ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, haqq-ədalətin bərqərar olmasını istəyən, azadlıq, müstəqillik ideyaları uğrunda şərəfli mücadilə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq, heysiyyətini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən qanlı hadisələrdən biri baş verib.
Qeyd edilib ki, 20 Yanvar Ümumxalq Hüzn Günü kimi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.
Bildirilib ki, yanvarın 23-dək davam edəcək sərgidə T.İsmayılov adına Təsviri və Tətbiqi Sənət Salonunun və Respublika Gənc Turizm və Diyarşünaslıq Mərkəzinin şagirdlərinin 50-dən çox rəsm əsərləri nümayiş olunur.
Sonra Milliyyətçi Gənclər Təşkilatı və Respublika Gənc Turizm və Diyarşünaslıq Mərkəzinin üzvləri tərəfindən hazırlanmış ədəbi-musiqi kompozisiya nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
28.05.2020
Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya
28.05.2020
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub
27.05.2020
Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
27.05.2020
Rok-n-roll və caz janrındakı kompozisiyaları ifa edib hamını şoka saldı
26.05.2020
Gözəl mahnı möhtəşəm ifada

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
3 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
4 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
5 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info