Xaricdə oxuyan tələbə və gənc alimlərin “Sənaye ili”ndən gözləntiləri
Tarix: 17.01.2014 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 2014-cü ilin "Sənaye ili" adlandırılması ilə bağlı sərəncam imzalamasından sonra bu sahə üzrə görüləcək tədbirlərin daha da çoxalacağı, iqtisadiyyatın daha da inkişaf edəcəyi gözlənilir. Bu ilin "Sənaye ili" adlandırılması iqtisadiyyatın sənayeləşdirilməsi baxımından da vacib idi. Rəsmi proqnozlara əsasən, bu il qeyri-neft sektorunun ÜDM-də payı 62.0, büdcə gəlirlərində isə 35.0 faizə çatdırılacaq. İqtisadiyyatın şaxələnməsi üçün isə təbii ki, xüsusən də qeyri-neft sektorunda sənayenin inkişafı qaçılmazdır. Bəs, "Sənaye ili"ndə ölkəmizdə sənayenin inkişaf etdirilməsi üçün hansı tədbirlərin görülməsinə ehtiyac var? Bu sərəncam sənayenin inkişafına hansı formada təsir edə bilər? Bu suallara xaricdə təhsil alan aktiv gənclərimizdən və gənc alimlərimizdən cavab aldıq. Onlar da öz növbəsində “Sənaye ili”nə öz töhfələrini verməyə hazır olduqlarını bildirdilər.
Litva Enerji İnstitutunun həqiqi üzvü, Kaunas Texnologiya Universitetində doktorluq dərəcəsi üzrə təhsil alan Elnur Abbasov Prezident İlham Əliyevin 2014-cü ili "Sənaye ili" elan etməsi və bu sahənin prioritet istiqamət olaraq təsdiqlənməsini təqdirəlayiq və sevindirici hal saydı: “Cənab Prezident müvafiq sərəncamla yanaşı, "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın hazırlanması istiqamətində göstəriş və tapşırıqlarını vermiş, tədbirlər planı hazırlanmışdı. Ölkəmizdə istər ağır, istərsə də yüngül sənaye sahələrinin yaradılması və inkişafı öz müsbət nəticəsini iqtisadi, sosial və ictimai sferalarda göstərəcək. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan bu istiqamətdə zəngin təcrübə və ənənəyə malikdir. Azərbaycan istehsalı olan sənaye məhsullarının hazırlanması və istifadəsi istər daxili bazar tələbatının, istərsə də xarici ixracatın inkişafına təsir edəcək”.
Gənc alimin sözlərinə görə, ölkəmiz Avropa və dünya sənaye məhsulları bazarında öz məhsulları ilə fərqlənəcək və qeyri-neft sektorunun daha da inkişafı üçün təkan veriləcək: “Bu hal biz gəncləri yalnız sevindirə bilər. Qeyd etmək istərdim ki, hazırda çalışdığım və elmi araşdırma apardığım alternativ və bərpa olunan enerji resurslarının öyrənilməsi və ekoloji təmiz sənaye məhsullarının istehsalı üçün də gözəl şərait yaranmaqdadır. Təsadüfi deyil ki, Prezident “Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramını” təsdiqləyib və Azərbaycanda “yaşıl idarəetmə”yə keçidin əsasını qoyub. Hazırda texnoloji manufakturanın yaradılması, külək turbinləri parklarının və Günəş batareyaları poliqonunun genişləndirilməsi məhz alternativ enerji məhsulları sənayesinin inkişafı üçün gözəl imkan yaradıb. Respublikamız bu istiqamətdə zəngin təcrübə toplamaqdadır. Bu istiqamətdə fəaliyyət göstərən elmi işçi və mütəxəssis kimi onu deyə bilərəm ki, qeyd olunan sənaye sahəsinin inkişaf etdirilməsi öz müsbət nəticəsini yalnız iqtisadi-sosial sahədə deyil, həmçinin ekoloji idarəetmədə göstərcək. Ekoloji təmiz sənaye məhsullarının istehsalı bizə və gələcək nəsillərə daha sağlam, daha təmiz və daha yaşıl bir mühitdə yaşamağı vəd edir”.
Fransanın “Paris 6” Universitetinin Materialşunaslıq üzrə elmi tədqiqatçısı Vüsal Hüseynov sözügedən sərəncamın sənayenin inkişafına böyük töhfə verəcəyini bildirdi: “Bildiyiniz kimi ölkəmizdə “Əsrin müqaviləsi”ndən sonra ötən 20 ildə sənaye infrastrukturunun ən böyük payını neft və neft məhsulları əhatə edirdi. Son 5 ildə qaz, rabitə və informasiya texnologiyaları sənayesi çox sürətlə inkişaf etdi. Söz yox ki, neft, qaz və rabitə sənayesinin inkişafı iqtisadiyyatımızın stabilliyinin təmin olunmasında və ölkə büdcəsinin ildən-ilə artmasında, eləcə də beynəlxalq arenada dövlətimizin siyasi qüdrətinin möhkəmlənməsində ən vacib amillərdən oldu. Bu uğurlarla yanaşı, bizim sənayenin gerilədiyi sahələr də olmuşdu. Misal üçün metallurgiya, maşınqayırma, yüngül sənaye, kənd təsərrüfatı və s. göstərmək olar.
Düşünürəm ki, Prezidentin bu ili “Sənaye ili” elan etməsi və verdiyi tapşırıqlar birbaşa olaraq sənayenin və iqtisadiyyatımızın inkişafına, bir çox sosial problemlərin həllinə, gələcəkdə sənayemizin hər bir sahəsinin beynəlxalq rəqabətə girərək müvəffəqiyyət qazanılmasına hesablanmış ən önəmli proqramlardan biridir. Həm bir mühəndis kimi, həm metallurgiya və materialşünaslıq sənayesi ilə bağlı elmi-tədqiqat aparan gənc elmi işçi kimi və nəhayət bir vətəndaş kimi bu qərar məni çox sevindirib və sənayenin gələcəyinə böyük ümidlər bəsləməyə stimul verir”.
Vüsal Hüseynov onu da vurğuladı ki, bu, bir dövlət proqramı olduğu üçün dövlətimizin bir çox planlı tədbirləri də icraata başlayıb, həyata keçiriləcək: “Hesab edirəm ki, bizim ölkənin inkişafı naminə hər bir vətəndaş, hər bir təşkilat imkanları daxilində öz müsbət töhfələrini verməlidir. Bu məsələdə Azərbaycan ziyalılarının istər ölkə daxilində, istərsə də ölkə xaricində fəaliyyəti çox önəmlidir. Sənayenin beynəlxalq səviyyəyə qalxması üçün inkişaf etmiş xarici ölkələrin təcrübələrindən yararlanmaq mütləqdir. Bu məsələdə, əsasən xaricdə təhsil almış tələbələrin və mütəxəssislərin bilik və təcrübələrindən də geniş şəkildə istifadə olunmalı və onlara sənayenin müxtəlif sahələrində xarici həmkarları ilə bir çox müştərək layihələrini həyata keçirmələri üçün lazımi köməklik göstərilməlidir. Xaricdə sənayenin müxtəlif sahələri üzrə təhsil alan tələbələrimiz də öz növbəsində çoxlu layihələrin reallaşmasında təşəbbüskar olmalıdırlar. Çünki bu, həm də onlara öz potensiallarını ortaya qoyma imkanı verəcək.
Xaricdə oxuyan tələbələrimizə bu il ölkə xaricində və daxildə sənayenin istənilən sahələrində xarici mütəxəssislərlə fikir və təcrübə mübadiləsi üçün keçiriləcək görüşlərdə, hazırlanacaq böyük və kiçik layihələrdə aktiv iştirak etmələrini arzulayıram. Mən də öz növbəmdə bu proqrama töhfə vermək üçün materialşünaslıq sahəsi ilə əlaqədar ölkəmizə forum çərçivəsində xarici həmkarlarımı dəvət edib, bu sahədə olan problemlərin həllini taparaq, aradan qaldırılması üçün layihələrin hazırlanması kimi təşəbbüsdə olmaq niyyətindəyəm”.
Tvente Universitetində kimya mühəndisliyi, nanokimya sahəsi üzrə təhsil alan Bəhruz Məmmədov “Sənaye ili”nin elan olunmasının dövlətin ölkədə iqtisadiyyatın neft amilindən asılılığı azaltmaq istiqamətində apardığı siyasətin tərkib hissəsi kimi gördüyünü dedi: “Təbii ki, bu tip işlər zaman tələb edir. Dövlət neftin tükənən resurs olduğunu yaxşı başa düşür və iqtisadiyyatın vergi yolu ilə tənzimlənməsində ardıcıl addımlar atır. Nümunə üçün demək istəyirəm ki, məhdud sayda təbii resursu olan Almaniya kimi dövlətin dövlət büdcəsi sırf sənaye hesabına təmin olunur. Bu uğurun əsas səbəbi ölkənin dünya səviyyəsinə çıxan “BMW”, “Mercedes”, “BASF”, “Bayer”, “Envoik industries” və s. kimi nəhəng şirkətlərinin olmasıdır. Bu sənayelərin uğur qazanması, yüksək satış əldə etməsi dövlət büdcəsinə gələn vergi deməkdir. Fikrimcə, bu ildə sənayeyə aidiyyəti olan sahibkarlığa stimul verəcək qanun layihələri qəbul olunsa, məqsədəuyğun olar. Məsələn Almaniya və Hollandiyada kiçik biznesə yeni qoşulanlar ilk 2-3 ili aşağı vergi ödəyirlər. Bundan başqa, Qərb ölkələrində olan böyük sənaye şirkətlərinin Azərbaycana gətirilməsi ilə əlaqədar layihələr həyata keçirilməsi müsbət tədbirlər olar. Bu sahədə xaricdə təhsil alan tələbələrimizin bilik və bacarıqlarından da yararlanmaq lazımdır. Xarici şirkətlərə gəldikdə isə bu şirkətlərin ölkəmizə gəlməsi, istehsalat müəssisələri açması həm yeni iş yerləri, həm də yerli kadrların təkmilləşməsi demək olar. Bu mərhələ başa çatdıqdan sonra növbəti mərhələdə artıq Azərbaycanın özünün tədqiqatlar aparmaq üçün yetərincə kadrları və münbit şəraiti olacaq. Lakin yenə də bu, zaman tələb edir”.
Gənc kimyaçı alim, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev də 2014-cü ilin “Sənaye ili” elan edilməsini təqdirəlayiq hal sayır: “Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatında qeyr-neft sektorunun inkişafı üçün prioritet sahələr müəyyənləşdirilib, onlardan biri də məhz sənayedir. Nеcə ki, кənd təsərrüfаtı, turizm, insаn каpitalı nеftdən kənar iqtisаdi sаhənin inkişаfı üçün prioritet sаhələr еlаn еdilib, sənаyе də bu məsələdə аpаrıcı hissə hеsаb оlunur. Gizli deyil ki, Аzərbаycаndа nеft hаsilаtı аşаğı düşür. Bu sahədən əldə edilən gəlirləri kompensasiya edəcək sahələr inkişaf etməlidir. 2013-cü ildə nеft sеktоrundа müəyyən еnmələr bаş vеrib. Bu il də təхminən 5-6 fаiz аşаğı düşə bilər. Bunun dа qаrşısını аlmаq üçün sənаyеnin inkişаfınа çох böyüк önəm verilməlidir. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin qısa müddətdə inkişafını şərtləndirir. Sözün əsl mənasında Azərbaycanın ən zəngin təbii ehtiyatlara malik olması sənaye potensialından maksimum faydalanmağa imkan verir. Təkcə Gəncə-Daşkəsən zonalarında xammal bazasının mövcud olması yeni sənaye müəssisələrinin, texnoparkların yaradılması üçün yetərlidir. Bir halda, ölkədə sənaye parklarının yaradılmasında məqsəd də texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafıdır, onda qısa zaman kəsiyində bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri dəstəklənməli, qeyri-neft sektorunun davamlı inkişafını təmin edəcək və əhalinin istehsal sahəsində məşğulluğunu artıracaq fəaliyyətlərə önəm verilməlidir”.
Gənc alim “Hansı sənaye sahələrinin inkişaf etdirilməsi məqsədəuyğundur?” sualına isə belə cavab verdi: “İlk növbədə mеtаllurgiyа sənаyеsinin inkişаfı üçün bütün imkаnlаr vаr. Аzərbаycаnın хаricdən hеç bir хаmmаlı gətirməyə еhtiyаcı yохdur. Bütün хаmmаllаr vаrımızdır. Sаdəcə Bакıdа, Bакıətrаfı yеrlərdə, Gəncədə bu хаmmаlı еmаl еdəcək mеtаllurgiyа коmplеksini gеnişləndirməк lаzımdır. Аmmа sənаyеnin inкişаfındа struкtur düzgün müəyyən еdilməlidir. Bаşqа sözlə, idхаlın struкturunа bахmаq olar. Diqqəti ona yönəltmək lazımdır ki, biz хаricdən dаhа çох hаnsı sənаyе məhsulunu idхаl еdiriк, о sаhələrə uyğun müəssisələr yаrаdılsın. Sovet dövründə rеspubliкаmızdа nеft- mədən sənаyеsi üzrə 20-dən аrtıq zаvоd, fаbriк fəаliyyət göstərirdi. Аzərbаycаnın bu məhsullаrа оlаn tələbаtı tаm dахili istеhsаl hеsаbınа ödənilirdi. Lаkin indi bu məhsullаrın böyüк əкsəriyyətini хаricdən gətiririк. Bu istiqаmətə diqqət yönəltməк pis olmaz. Кənd təsərrüfаtı sаhəsində еmаl sənаyе müəssisələrinin sаyını аrtırmаq olar. Xüsusən, regionlarda istifadəyə verilən müəssisələrin istehsal gücünün artırılması və yeni rəqabətqabiliyyətli məhsulların buraxılışı sənaye sektorunun ümumi daxili məhsulda xüsusi çəkisini əsaslı şəkildə artırar. İqtisadiyyat və Sənaye Nazirliyinin proqnozlarına görə, qarşıdakı onillikdə Azərbaycanda 500-dən artıq yeni sənaye müəssisəsinin yaradılması nəzərdə tutulur. Onların əsas hissəsi iri sənaye mərkəzləri olmaqla, iqtisadiyyatın inkişafında xüsusi rol oynaya bilər. Xüsusilə də, sənaye texnoparklarının ərazisində yaradılacaq bu müəssisələrin əsas profili ixracyönümlü iqtisadiyyatın stimullaşdırılmasına xidmət edəcək və ölkəmiz beynəlxalq standartlara cavab verən rəqabətqabiliyyətli sənaye məhsullarını dünya bazarına ixrac etməklə valyuta gəlirlərini daha da artırmış olar”.
Köln Universitetində İqtisadiyyatin idarə edilməsi və təşkili üzrə təhsil alan Bayram İbrahimxanlı sözügedən sərəncamın mahiyyətinin böyük olduğunu deyərək, sərəncamdan irəli gələn tədbirlərin görülməsi üçün dövlət orqanlarının da üzərinə böyük yük düşdüyünü bildirdi: “İqtisadiyyat elə bir sahədir ki, onun ayrı-ayrı hissələrini bir xətt üzrə inkişaf etdirmək mümkün deyil. Yəni bütün iqtisadi sferalar bir-biri ilə bağlıdır və onlar birlikdə inkişaf etdirilir, yüksələn xətdə də iqtisadiyyatın bütün sahələri yer alır. “Sənaye ili”nə gəldikdə isə bəlkə də Azərbaycan yeganə ölkədir ki, hər il ölkə başçısı bir sahəni bu ilə həsr edib diqqəti həmin sahəyə yönəldir. Bu, əla mexanizm və ideyadır. Buna görə Prezidentə biz gənclər də təşəkkür edirik. Çünki hər bir gənc öz sahəsi üzrə bu illərdən yararlana bilir. Azərbaycan sənayesi son illərdə yüksəliş əldə edib. Amma görülməli işlər çoxdur. Sadalamaq istəməzdim, amma kimya sənayesində kifayət qədər işlər görüldüyü üçün ağır metallurgiya və digər neftə aid olmayan sənaye sahələrinə diqqətin artırılmasını təklif edərdim”
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info