İri taxılçılıq, üzümçülük və tərəvəzçilik təsərrüfatları yaradılacaq
Tarix: 17.01.2014 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda 2014-cü ilin ilk tədbirini Beyləqan rayonunda keçirib. Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Beyləqan və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 377 min manat güzəştli kreditin verilməsi barədə qərar qəbul edilib.
Bu layihələrin reallaşdırılması 60-dan çox yeni iş yerinin yaradılmasına imkan verəcək. 80-ə yaxın sahibkarın iştirakı ilə keçirilmiş tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, fond tərəfindən Beyləqan rayonun iqtisadi potensialına uyğun olaraq 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatının, o cümlədən maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan iri taxılçılıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Telman Məstanov, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Aran regional bölməsinin müdir müavini İlham Qəribov çıxışlarında həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini bildirib, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər bölgələrində olduğu kimi Beyləqan rayonunda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd ediblər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti və ötən il verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2013-cü ildə fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 4500 investisiya layihəsinin maliyyələşdirilməsinə 275 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 12 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ötən il Aran iqtisadi rayonu üzrə 2000-ə yaxın sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 68,5 milyon manat güzəştli kredit verilib. 2014-cü ildə ətlik və südlük istiqamətli cins iribuynuzlu heyvandarlıq komplekslərinin, müasir quşçuluq təsərrüfatlarının, sənaye müəssisələrinin, logistika mərkəzlərinin, meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin, iri taxılçılıq və ya toxumçuluq təsərrüfatlarının, müasir istixana komplekslərinin, intensiv üzümçülük təsərrüfatlarının və üzüm emalı müəssisələrinin, müasir çörək istehsalı müəssisələrinin yaradılması və s. güzəştli kreditlərin yönəldiləcəyi prioritet sahələr olacaq.
Tədbir çərçivəsində Beyləqanda güzəştli kredit ayrılmış tutumu 6,5 min ton olan soyuducu anbar kompleksinin fəaliyyətinə baxış keçirilib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info