Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi
Tarix: 17.01.2014 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə 2013-cü ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov deyib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət nəticəsində bir çox nailiyyətlər əldə olunub. Görülmüş müsbət işlərin nəticəsidir ki, il ərzində prokurorluqda 425, daxili işlər orqanlarında isə 4277 cinayət işinin istintaqı tamamlanıb. Paytaxtın prokurorluq və digər hüquq mühafizə orqanlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə baş vermiş qəsdən adam öldürmə, quldurluq cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib. Son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin narahatçılıq doğuran əsas problemlərdən biri olması Bakı şəhər prokuroru tərəfindən xüsusilə vurğulanıb. Bu sahədə həyata keçirilmiş qabaqlayıcı-profilaktik tədbirlərin nəticəsidir ki, əvvəlki illə müqayisədə baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri azalıb, hadisə yerindən qaçan naməlum sürücülərin müəyyənləşdirilməsi istiqamətində müsbət nəticələr əldə edilərək bağlı qalmış cinayətlərin sayı da iki dəfə azalıb. Müşavirədə, həmçinin bu sahədə mövcud çatışmazlıqların və yol verilmiş qanun pozuntularının vaxtında aşkarlanıb aradan qaldırılması üçün bütün zəruri tədbirlərin görülməsi hər bir əməkdaşdan tələb edilib. Müşavirədə vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinə xüsusi diqqət yetirilərək hər bir əməkdaşdan vətəndaşların qəbulu və onların müraciətlərinin araşdırılması işinə qayğı və həssaslıqla yanaşılması tələb olunub. Bildirilib ki, hesabat dövründə şəhər prokurorluğunda ümumilikdə 1436 vətəndaşın qəbulu təşkil edilib. Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı, nöqsanlara da diqqət yetirilərək 2012-ci illə müqayisədə ötən il qəsdən adam öldürmə və quldurluq cinayətlərinin sayının artması, 4 qəsdən adam öldürmə, 19 quldurluq cinayətinin açılmaması narahatçılıq hissi ilə qeyd edilib. Hesabat dövründə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 14 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib, bir əməkdaş isə vəzifədən azad edilib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info