“The Financial Times“: “Ukraynada aksiyalarla bağlı sərt qanunlar tətbiq ediləcək”
Tarix: 17.01.2014 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın “The Financial Times " qəzeti Ukraynada baş verən siyasi böhranla bağlı maraqlı yazı yazıb.
Qəzet qeyd edir ki, Ukrayna prezidenti Viktor Yanukoviçin tərəfdarları yolların bağlanması və ictimai binaların ələ keçirilməsi çağırışları ilə etiraz aksiyalarının yatırılması üçün zəmin hazırlayıblar: “Bu yatırtma tədbirləri isə əslində noyabr ayından başlayan siyasi böhranı daha da kəskinləşdirə bilər. Qeyd edək ki, bu tədbirlər əsasən, parlamentdə qanunvericiliyə dəyişiklikləri nəzərdə tutur. Bununla bağlı qanun hələki Yanukoviç tərəfindən imzalanmayıb. Hər halda qanunda dinc aksiyaların bir neçə formasının dağıdılmasını nəzərdə tutur. Bu dins aksiya formalarından isə aksiya iştirakçıları Ukraynada demək olar ki, iki aydır istifadə edirlər. Belə ki, prezident Yanukoviç Avropa Birliyi ilə yaxınlaşmaqdan imtina və Rusiya ilə yaxınlaşma qərarı verəndən sonra bu mitinqlər başlayıb. İndi isə qanun layihəsinə görə, küçələrdəki blokada iştirakçılarını, həmçinin hökumət binalarını blokadaya alanları 10 ilə qədər həbs gözləyə bilər. Maska və kaska gəzdirən nümayişçiləri isə yüksək cərimələr və həbslər gözləyir. Beş avtomobildən çox kolon yaradan sürücülərin sürücülük hüquqları isə ləğv ediləcək. Qeyd edək ki, bu qanun layihəsində əksini tapanlar qonşu Rusiyada ictimai nizamı saxlamaq üçün qəbul edilmiş qanun müddəalarına bənzəyir. Bu təşəbbüslər parlamentdə bəyənilib. Amma müxalif deputatlar tribunanı zəbt ediblər. Yanukoviçin tərəfdarları isə zalın o biri başında toplaşıblar və 11 yeni qanun qəbul ediblər. Onlar əllərini qaldırmaqla qanunlara səs veriblər və bu proses çox sürətlə baş verib ki, səsləri dəqiq saymaq çətinləşib. Avtokolonlar barədə normalar - aksiyalarda avtokolon yaradan sürücülərə qarşı müddəalara da səs verilib ki, bu normaları pozanlar iki il sürücülük hüququndan məhrum ediləcəklər. Bundan başqa daha parlamentarilərin toxunulmazlıq hüququnun pozulması da mümkün olacaq. Müxalifət hesab edir ki, bu, aksiyaları dəstəkləyən deputatlara qarşı yönəldilib. ABŞ-dan sonra Avropa Birliyi də dördüncü gün Kiyevdə keçirilən bu səsvermənin legitimliyini şübhə altına alıblar. Ukrayna fəalları və müxalifət liderləri isə sosial şəbəkələrdə iddia ediblər ki, onların ölkələri avtoritarizmə doğru gedir.
Ukraynanı Belarusla müqayisə edərək, politoloq Vladimir Fesenko qeyd edib: “Yuxarı Radada baş verənlər göstərir ki, ya Belarus ssenarisinə keçid baş verir, ya da bu, parlamentin hazırkı formada sonu deməkdir. Belə formada siyasi böhran daha da alovlanacaq”.
Daha bir qanun isə xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının əməkdaşlarını “xarici agent” elan edir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info