Ötən il Balakənə 20 mindən çox turist gəlib
Tarix: 21.01.2014 | Saat: 14:28:00 | E-mail | Çapa göndər


Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonu əlverişli iqlim şəraiti, zəngin fauna və florası, yaşıl meşələri, şəlalələri və digər özəllikləri ilə son illər yerli və xarici turistlərin diqqətini daha çox özünə cəlb edir.
Rayonun ərazisində turistlər və gələn qonaqlar üçün maraqlı ola biləcək əvəzsiz təbiət guşələri, qədim tarixi abidələr, habelə müvafiq infrastruktur mövcuddur.
Bütün bunların nəticəsidir ki, rayona gələn turistlərin sayı ildən-ilə artır. Statistik göstəricilərə nəzər salsaq, 2010-cu ildə Balakənə 7 min 935 nəfər, 2011-ci ildə 8 min 974, 2012-ci ildə 18 min 981, 2013-cü ildə isə 20 min 103 nəfər turist gəlib. O cümlədən son 3 ildə rayona gələn xarici turistlərin sayı artaraq 105 nəfərdən 2013-cü ildə 2 min 121 nəfərə çatıb.
Rayon mədəniyyət və turizm şöbəsindən bildiriblər ki, Mədəniyyət və Turizm Nazirliyi kollegiyasının qərarı ilə respublikamızın 4 nömrəli turizm marşrutuna daxil edilən Balakən rayonunda 12 turizm marşrutu və rekresiya zonaları müəyyənləşdirilib.
Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq son illər Balakən rayonunda da xeyli işlər görülüb, müasir tələblərə cavab verən yeni turizm obyektləri yaradılmış, mövcud infrastruktur daha da yaxşılaşdırılıb.
Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında turistlərin, rayona gələn qonaqların, uşaq və gənclərin, habelə yerli əhalinin mənalı istirahətləri üçün hər cür şərait yaradılıb, yeni attraksion və yelləncəklər quraşdırılıb. Parkın ərazisində 1200 metr uzunluğunda kanat yolu, həmçinin 132 yerlik 4 ulduzlu “Qubek” oteli fəaliyyət göstərir.
Balakən rayonunda əsasən idman və kənd yaşıl turizmi inkişaf etməkdədir. Bundan əlavə, turistlər dağ, atçılıq, balıqçılıq, ovçuluq və digər turizm növlərinə də maraq göstərirlər.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info