YAP Binəqədi rayon Təşkilatı 20 Yanvarla bağlı e-mail hücum təşkil edib
Tarix: 21.01.2014 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının təşəbbüsü ilə 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar “Qanlı Faciə - Məğrurluq Tarixi!” adlı e-mail hücumu aksiyası təşkil edilib. Aksiyanın keçirilməsində məqsəd dünya ictimaiyyətini, xüsusilə də dünyanın aparıcı dövlətlərinin parlament üzvlərini qanlı 20 Yanvar hadisələri haqda məlumatlandırmaq, onlara bu hadisəni törədənlər haqda ətraflı məlumat verməkdir.
Qeyd edək ki, 20 Yanvar terroru haqda məlumatlar Fransa, Rusiya Federasiyası, Böyük Britaniya, Türkiyə, Amerika Birləşmiş Ştatlarının parlament üzvlərinə və eləcə də beynəlxalq və regional təşkilatar və onların strukturuna daxil olan qurumların elektron ünvanlarına göndərilib. Qeyd edək ki, hədəf ən azı 1500 elektron ünvana 100000 e-mail hücumu və 20 Yanvar həqiqətləri ilə bağlı məlumatların çatdırılması olub. Ümumilikdə e-mail hücum nəticəsində müxtəlif dövlətlərin dövlət və hökumət nümayəndələrinə türk, rus, ingilis dillərində tərtib edilmiş 120 000-dən çox elektron məktub göndərilib.
Bununla yanaşı 1990-cı il yanvarın 20-də Sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı haqda məqalə müxtəlif xarici dillərdə dünyanın aparıcı 30 ölkəsinin tanınmış 100-dən çox mətbuat orqanna da göndərilib. Belə ki, aksiya çərçivəsində “The USA TODAY”, “The HİLL”, “The Washington Post”, “The New York Times”, “The Jerusalem Post”, “The Jewish Journal”, “Cascade Pioneer”, “Hurriyyet Daily News”, “Pakistan Observer”, “El Pais”, “Saudi Gazette”, “The Moscow Times”, “Nezavisimaya Qazeta”, “China Daily”, “The Sun”, “The Rio Times”, “Le Figaro”, “Die Welt”, “Christian Science Monitor”, “The National Post”, “Arab News”, “Egypt Today”, “Al-Arabiyya” və s kimi dünya səviyyəsində tanınmış mətbuat orqanlarına böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən bu qanlı faciə haqqında məqalələr göndərilib.
Eyni zamanda YAP Binəqədi rayon Təşkilatında 20 Yanvar faciəsinə həsr edilmiş sərgi də keçirilib.
Aksiyada Binəqədi rayon gəncləri yaxından iştirak edib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info