İzmirdə “Qanlı Yanvar şəhidlərini anma mərasimi” keçirilib
Tarix: 21.01.2014 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Türkiyənin İzmir şəhərində 20 Yanvarla bağlı keçirilən tədbirdən Rəsmiyə Nasiboğlunun göndərdiyi yazını oxuculara təqdim edirik:
“Biz, Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi olaraq bir neçə aydır ki, fəaliyyət göstəririk. Məqsədimiz öz həmvətənlərimizlə bir araya gəlmək, Azərbaycan qadınının simasında Azərbaycan dövlətinin tarix və mədəniyyətini Türkiyədə tanıtmaq, Azərbaycan qadınının problemləri ilə tanış olub qismən də olsa onların hüquqlarının qorunmasına yardım etməkdən ibarətdir.
Deyə bilərik ki, bu qısa zaman içində çox gözəl, səmimi bir ailə ortamı yaratmışıq. Dərnəyimizdə savadlı, bacarıqlı, işgüzar xanımlar toplaşıblar. İçərimizdə Iğdır, Kars azərbaycanlıları da var.
Bacardığımız qədər ölkəmiz, millətimiz üçün xeyirli ola biləcək işlər görməyə çalışırıq.
Dekabr ayının sonunda "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə bir tədbir keçirdik. Tədbirə, çox əvvəllər burda məskunlaşan azərbaycanlılar da qatıldılar. Ən azından, onlar da bizim belə bir tarixi günümüzün olduğunu öyrəndilər. Xeyli iştirakçımız oldu və gələnlər Azərbaycan musiqilərinin sədaları altında əyləndilər.
Yanvarın 20-də isə "Qanlı Yanvar şəhidlərini anma mərasimi" təşkil etdik. Həqiqətən, sandığımızdan da gözəl bir tədbir oldu. Burda adətdir, ehsan verilən zaman lokma tökdürürlər. Dərnəyimizin rəhbəri Cəvahir Damar (Əhmədova) xanımın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə min nəfərlik lokma tökdürüb dağıtdıq, plov və s. yeməklər hazırladıb şəhidlərimizə ehsan verdik. Bundan əlavə, camidən, bizim təbirimizcə desək, molla çağırtdırıb şəhidlərin ruhuna Yasin və digər dualar oxutdurduq. Xanımlardan Nurgül Iğdır, Arzu Abbasova, Nazilə Atayeva, Dəniz Damar, Fidan Çelik, Səriyyə Yılmaz və digərləri bu tədbirin nöqsansız keçməsi üçün əllərindən gələni əsirgəmədilər.
Cəvahir xanım 20 Yanvarda baş verən hadisələr haqqında danışdı və məlumatı olmayanlara bu qırğın haqqında bilgi verdi. Mərasimə xeyli adam qatıldı. Gələn qonaqlar çox razı qaldılar və bu qırğını törədənləri lənətlədilər.”




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info