“Arzu edirəm ki, kamanımız da UNESCO siyahısına salınsın”
Tarix: 21.01.2014 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


“Əgər bu gün səhnədə beş ən yaxşı kamança ifaçısı varsa, onlardan dördü mənim tələbəmdir”

Müsahibimiz Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Respublikanın Əməkdar artisti, dosent Mirnazim Əsədullayevdir.

-Siz, bu gün muğam sənətində kamança ustalarının sənətini necə dəyərləndirirsiniz?
- Bugünkü kamança ustaları haqqında onu deyə bilərəm ki, orta nəslin nümayəndələri çox azdır. İndi yeni nəsil gəlir və çox sürətlə inkişaf edirlər. Artıq onlar yetişən sənətkarlardır. Çünki onlar kamançanı dünyada təmsil edirlər. Onlar həm gəncdirlər, həm də sənətləri böyükdür. Bəzən məndən soruşurlar ki, tələbləriniz sizin yolunuzu gedirlər? Cavabım isə bu olur ki, tələbələrimin demək olar ki, çoxu öndədir. Mən onlarla fəxr edirəm. Əgər bu gün səhnədə beş ən yaxşı kamança ifaçısı varsa, onlardan dördü mənim tələbələrimdir. Onlar da öz sənəti, əxlaqı, savadı ilə qeyd olunan sənətkarlardır. Onlardan birinin adını fəxrlə deyə bilərəm. O, mənim həm tələbəm, həm də övladım Toğrul Əsədullayevdir. O, keçirilən muğam müsabiqələrində öz sənətini uğurla nümayiş etdirib. Mən hərdən oğluma deyirəm ki, mənim qırx ildə əldə etdiklərimi, sən beş il ərzində əldə etmisən. Yəni bizim Toğrul kimi gənclərimiz çoxdur.

Əməkdar artist Mirnazim Əsədullayev:
“Mən hərdən oğluma deyirəm ki, mənim qırx ildə əldə etdiklərimi, sən beş il ərzində əldə etmisən”


Demək olar ki, kamança sənəti bu gün gənclərin əlindədir. Dövlətimizin və Heydər Əliyev Fondunun muğamımıza göstərdiyi qayğının nəticəsində bizim gənclərimiz seçilir və inkişaf edir.
- Keçən il keçirilən muğam müsabiqəsi haqqında nə deyə bilərsiniz? Sizcə, müsabiqədə üzə çıxan yeni səslər gələcəkdə incəsənətimizə hansı uğurları gətirəcək?
- Keçən il keçirilən muğam müsabiqəsində iyirmi bir nəfər istedadlı gənc iştirak etdi. Bununla da onlar inkişaf etdilər, tanındılar. Amma ön cərgədə bizim tarımız və kamançamız idi. Mən bunu qeyd etməyə bilmərəm. Çünki mən instrumentalistəm. Təkcə bu müsabiqədə deyil, bundan öncəki müsabiqələrdə də həm xanəndələr, həm də tar, kamança, balaban, qanun, ud, nağara alətləri bizim üçün bir tapıntı oldu. Xanəndələrimizə gəldikdə isə, mən istəyirəm ki, onlar daim inkişaf etsinlər. Arzum odur ki, onlar şan-şöhrət əsiri olmasınlar. Ona görə mən istəyirəm ki, bizim cavan xanəndələrimiz ədəbiyyata fikir versinlər. Əgər onlar oxuduqları qəzəllərin mənalarını bilsələr, onların ifaları da gözəl alınacaq.
Keçmişdə bizim sənətkarlarımız çətinliklə efirə çıxırdılar. Amma bu gün gənclər üçün böyük bir meydan var. Mən bu gün xanəndələrin doxsan faizini tənbəl görürəm. Onu da qeyd etmək istəyirəm ki, instrumentalist xanəndədən çox bilir. Çünki tar və kamança ifaçılarının yetişməsi üçün on beş - iyirmi il vaxt lazımdır. Ona görə gənc xanəndələrə tövsiyəm budur ki, bu sənəti sona qədər davam etdirmək istəyirlərsə, gərək klassik ədəbiyyatı və onların mənalarını gözəl bilsinlər.
-Kamançanın səsi ilə muğamın vəhdətini nədə görürsünüz?
- Deyərdim ki, dünyamız həmişə enişli-yoxuşlu olub. Mən istəməzdim ki, kamanımız kimdənsə incisin. Mən istəyirəm ki, kamanlı dünyamız həmişə var olsun. Kamanımız yaşasın. Arzu edirəm ki, kamanımızın adı UNESCO-nun siyahısına salınsın. Mənə sual verirdilər ki, sənin üçün kaman nədir? Kaman mənim üçün ilahi bir səsdir. Onu dinləyəndə insan rahatlıq tapır. Kədərli insan xəyala dalıb, ümidlərlə yaşamaq istəyir. Ürəyimdə demək istədiyim sözlər çoxdur. Sadəcə onu dilə gətirmək bir az çətindir. Amma bu gün kamanımız inkişafdadır. O, çox layiqli əllərdədir. Onlar bizim kamançamızı yaşatmaq üçün gecə-gündüz çalışırlar, buna ömür sərf edirlər. Buna görə mən onlara minnətdaram.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info