Naxçıvanda ötən il 241 milyon manatlıq sənaye məhsulu ixrac edilib
Tarix: 21.01.2014 | Saat: 22:04:00 | E-mail | Çapa göndər


Son illərdə Naxçıvan Muxtar Respublikasının (MR) hərtərəfli inkişafında əldə edilmiş müsbət nəticələrin bir səbəbi də
sənayeləşmədir.

Yerli xammaldan səmərəli istifadəyə əsaslanan yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması və bu müəssisələrin sayının ildən-ilə artırılması ümumi daxili məhsul (ÜDM) istehsalında da müsbət nəticələrin artan xətt üzrə dinamikasını təmin edib. 2013-cü ildə sənaye 29 faizlik payla ÜDM tərkibində ilk yerə sahib olub, bu sahədə istehsalın həcmi 2012-ci illə müqayisədə artaraq 863 milyon manata çatıb. Bunun da 93 faizə qədəri, yaxud 799 milyon manatdan çoxu özəl bölmənin payına düşür. Yeni sənaye müəssisələrinin yaradılmasında müasir texnologiyaların tətbiqi daxili tələbatı yüksək keyfiyyətli məhsullarla təchiz etməklə yanaşı, onların ixrac potensialını da artırıb. Bunun nəticəsidir ki, 2013-cü ildə 241 milyon manatlıq sənaye məhsulu ixrac edilib. Naxçıvan MR-də əlverişli investisiya mühitinin formalaşması, sənaye məhsulu istehsalına yönəlmiş kiçik və orta sahibkarlıq subyektlərinin dövlət qayğısı ilə hərtərəfli təmin olunması ölkəmizdə “Sənaye ili” elan edilmiş 2014-cü ildə daha böyük töhfələr verəcək.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
EnterpriseAzerbaijan.com portalı “Odlar Yurdu” Universitetində startap təlimi keçirdi
22.02.2019
Bank Xaçmaz filialına işçi axtarır
22.02.2019
Ölkədə ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
İqtisadiyyat nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çinə gedir
22.02.2019
Mehriban Əliyeva Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info