Səfir: “Azərbaycan-Belarus əlaqələri strateji əməkdaşlıq səviyyəsindədir”
Tarix: 21.01.2014 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


Azərbaycanla Belarus arasındakı əlaqələr strateji əməkdaşlıq səviyyəsini qoruyub saxlamaqdadır. Bunu Azərbaycan-Belarus əməkdaşlığının 2013-cü il yekunlarına dair keçirilən mətbuat konfransında Belarusun Azərbaycandakı səfiri
Nikolay Patskeviç deyib.


Onun sözlərinə görə, 2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycanla Belarus arasındakı ticarət dövriyyəsi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 63% artaraq 268,6 milyon dollar təşkil edib. Ötən ilin yubiley ili olduğunu deyən səfir bildirib ki, 2013-cü ildə ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd edib. O, həmçinin 2013-cü ilin ən vacib hadisələrindən danışıraq, Prezident Aleksandr Lukaşenkonun Bakıya, Prezident İlham Əliyevin isə Minskə səfərini qeyd edib: “Bu əməkdaşlığın əsas prioritetləri sırasında istehsal kooperasiyası, tikinti, təhsil və səhiyyə sahəsində birgə layihələr, habelə elm və texnologiyalar sahəsində əməkdaşlıqdır. 2013-cü ildə istehsal kooperasiyasının inkişafında önəmli mərhələ Belarus və Azərbaycan mütəxəssislərinin Minskdən gətirilən şassilər üzərində “Gəncə Avtomobil Zavodu” İB-də avtobus və avtomobillərin istehsalının təşkilidir. Hazırda həmin nəqliyyat vasitələri Azərbaycanda sınaqdan və sertifikasiyadan keçirilir. Həmçinin Belarus və Azərbaycan mütəxəssislərinin Azərbaycanda MAZ və MTZ texnikası üçün ehtiyat hissələrinin kooperasiya istehsalının təşkili istiqamətində iş davam edir”. Diplomat həmçinin qeyd edib ki, ötən il Belarusun “Qrodnopromstroy” ASC İsmayıllı rayonunda məcburi köçkünlər üçün yaşayış qəsəbəsinin salınması ilə bağlı işləri yekunlaşdırıb. Burada 45 ev, məktəb və tibb məntəqəsi inşa edilib. Jurnalistlərlə görüş zamanı N. Patskeviç iki ölkənin təhsil sahəsindəki əməkdaşlıq haqqında da məlumat verib. Onun sözlərinə görə, 2008-2009-cu illərdə Belarusun ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı 15 nəfər idisə, 2012-2013-cü tədris ilində müvafiq rəqəm 143-ə çatıb. 160 nəfərdən çox tələbə FHN xətti ilə təhsil alır. Diplomat qeyd edib ki, 2014-cü ildə ikitərəfli ələqələrin inkişafı davam edəcək. Onun sözlərinə görə, Belarus dostluq və qardaşlıq əsaslanan uzunmüddətli əməkdaşlığı hədəf alıb. Səfir qeyd edib ki, Ermənistanın Gömrük İttifaqına daxil olması il bağlı istənilən məsələyə diqqətlə baxılacaq və bütün qərarlar beynəlxalq hüquqa müvafiq şəkildə həyata keçiriləcək: "Əgər Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı hansısa problem yaranarsa, onda onlara mütləq hərtərəfli şəkildə baxılacaq və qərar qəbul edilərkən bütün tərəflərin mövqeləri nəzərə alınacaq. Gömrük İttifaqının iştirakçısı olan bütün ölkələrin rəsmi mövqeyi bəllidir".
Rasim




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Tramp Qolan yüksəlikləri üzərində İsrailin suverenliyini rəsmi olaraq tanıyacaq
25.03.2019
Paşinyan və komandası Ermənistan iqtisadiyyatını tamamilə çıxılmaz vəziyyətə salacaq
25.03.2019
Vuçiç: Serbiya NATO üzvü olmaq istəmir
24.03.2019
Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
23.03.2019
İran qazının Ermənistan vasitəsilə Gürcüstana tranziti qeyri-mümkündür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info