Ruzigar Məmmədli: “Harada olsam Vətənim naminə çalışacam”
Tarix: 21.01.2014 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


“Dövlətimizin yaratdığı imkanların nəticəsidir ki,
gənclərimiz istədikləri ölkənin universitetlərində
təhsil ala bilirlər”


Bu gün fəaliyyəti ilə seçilən gənclərimiz beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edir, idmançıların, yaradıcı gənclərin uğurları nəticəsində Azərbaycanın bayrağı xarici dövlətlərdə yüksəlir. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında öz fəallığını göstərirlər. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında aparıcı rol oynayır, lobbiçilik fəaliyyətinə fəal qatılırlar. Son illər ərzində gənclərin iqtisadi və ictimai fəallığı yüksəlib, onların idarəetmədə payı gündən-günə artır. Dövlət və cəmiyyət gənc nəslin inkişafı üçün öhdəliklər götürərək, həm onların şəxsi inkişafını, eyni zamanda Azərbaycanın gələcəyini təmin edir. Gənclərimiz xaricdə təhsil alaraq gənc kadr kimi Vətənə dönürlər. Müsahibimiz Türkiyənin Mehmet Akif Ersoy Universitetinin Uluslararası ticarət fakültəsinin tələbəsi Ruzigar Məmmədlidir:
- Mən 1992-ci il sentyabrın 3-də qədim Şəkidə dünyaya göz açmışam. 2000-ci ildən Bakıda yaşayırıq. Ailədə 4 nəfərdən ibarət olsaq da hər zaman təhsilə böyük önəm veririk. Hətta anam ADU-da ingilis dili müəllimidir, qardaşım Nicat da tələbədir. Hazırda eyni universititetdə, Mehmet Akif Ersoy Dövlət Universitetində təhsil alırıq. Qardaşım Bank və Maliyyə fakültəsində təhsil alır, mənim bölümüm isə Uluslararası Ticarətdir. Qeyd etdiyim kimi hər zaman oxumaq, təhsil almaq sözlərini eşitmişəm. Ən azı onu deyə bilərəm ki, birinci sinfə gedəndə hələ 6 yaşım tamam deyildi. Bakı şəhəri E.Məmmədov adına 21 saylı orta məktəbi bitirmişəm. YÖS-la imtahan verdim. Təhsil üçün məhz Türkiyəni seçməyimə gəldikdə isə əlbəttə ki, bunun səbəbi var. Türkiyə digər ölkələrə nisbətən bizim üçün daha yaxın, daha əzizdir.
- Təhsil aldığınız ixtisasla bağlı hazırda hansı yeni biliklər əldə etmək imkanı yaranıb?
- Məni buradakı təhsil sistemi qane edir. Çünki buradakı təhsil sistemi çox gözəldir. Əlbəttə, ən azı dünyagörüşümüzə təsir edir. Müasir tələblərə cavab verən şəraitdə dərslərimiz keçirilir. Axı elm, təhsil türk dünyasının istinad nöqteyi olub. Hələ qədimdən türklər yalnız qollarının gücü ilə deyil, həm də zəkalarının nuru ilə dünyaya meydan oxuyublar. Təhsilə hər zaman önəm vermişik. Təsadüfi deyil ki, Azərbaycan da insanların bir çoxu yalnız orta təhsillə kifayətlənməyib, ali təhsil almaq istəyiblər. Ölkəmizdə bir çox ali təhsil ocaqları fəaliyyət göstərir. Lakin gənclərimiz bununla kifayətlənməyib təhsillərini xarici ölkələrdə davam etdirirlər. Dövlətimiz də buna şərait yaradır ki, gənclərimiz istədikləri ölkənin universitetlərini seçirlər. Bu gün bir çox xarici ölkələrdə təhsil alan gənclərimiz var. Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə əlaqələrimiz yaxşıdır. Daim onlarla əlaqə saxlayırıq. Belə ki, bir-birimizin vəziyyəti ilə maraqlanırıq, növbəti tədbirlərin planları, onların keçirilməsi haqqında məsləhətləşirik.
- Azərbaycanlı tələbə olaraq orada ölkəmizin tanıdılması istiqamətində hansı addımlar atırsınız və bu istiqamətdə diaspor təşkilatlarımızla birgə fəaliyyət qurursunuzmu?
- Biz təhsil sahəsində müxtəlif mövzularda tədbirlər keçirməklə Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Burada bir çox tədbirlər təşkil etmişik. İki ildir ki, “Xocalıya Ədalət” adlı aksiya keçiririk. Bu aksiyada bütün türk tələbələri ilə yanaşı, digər millətin tələbələri də bizə dəstək olurlar. Çalışırıq ki, digər ölkələrdə təşkil olunan tədbirlərdə də təmsil olunaq. Belə ki, 2012-ci ildə "Justice for Khojaly" adlı Kiprdə keçirilən beynəlxalq aksiyada iştirak etmişik.
- “2013-2023-cü illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası” nın layihəsi hazırlanıb. Sizcə, bu strategiyanın gənclərin fəaliyyətində hansı rolu olacaq?
- “Təhsil millətin gələcəyidir” deyən ulu öndər Heydər Əliyev heç vaxt öz dəstəyini, diqqətini gənclərdən əsirgəməyib. Bu ənənəni bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev davam etdirir. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına xidmət edir. Bu gün gənclər də aparıcı qüvvədir və onlara geniş fəaliyyət şəraiti yaradılması hər zaman ölkə başçısının diqqət mərkəzindədir. Gənclərə göstərilən diqqətin nəticəsidir ki, hazırda ölkəmizdə xüsusi dövlət qurumu olan Gənclər və İdman Nazirliyi fəaliyyət göstərir. Nazir Azad Rəhimov da gənclərlə bağlı bəzi məlumat açıqlamışdı və burada göstərilir ki, bu gün ölkə əhalisinin 30 faizdən çoxu gənclərdir və onlara ayrılan büdcə 100 dəfə artırılaraq 2013-cü ildə 25 milyon manata çatdırılıb. Hətta eşitdim ki, ölkəmizdə gənclər üçün xüsusi mükafat təsis edilib və mükafatın dəyəri 10 min manata qədərdir. Son illərdə dövlət orqanlarında işə götürülmüş gənclərin sayı 62 faizə çatıb. Xarici ölkələrə göndərilən gənclərin sayı da artıb. Bütün bunlar gənclərə diqqəti göstərir. “2013-2023-cü illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası” nın layihəsində gənclərlə bağlı bir sıra məqamlar öz əksini tapıb. İnanıram ki, bu strategiya gənclərin fəaliyyətində mühüm rol oynayacaq.
- Gələcəkdə təhsilinizi davam etdirmək niyyətiniz varmı?
- Bəli, təhsilimi davam etdirmək istərdim. Təhsilimi başa vurduqdan sonra Azərbaycanda çalışmağı daha çox istərdim. Harada olsam da öz Vətənim naminə çalışacağam.
- Bildiyimizə görə, siz “Qarabağ” futbol klubunda oynamısınız. Hazırda idmanın hansısa növü ilə məşğul olursunuzmu?
- Düzdür, uşaqlıqda futbola daha çox marağım var idi və bu idman növü ilə məşğul olmağa başladım. Hətta “Qarabağ” futbol klubunda oynamışam. Sonralar bu maraq yavaş-yavaş hobbiyə çevrildi. Hazırda da fitnessə gedirəm və öz məşqlərimdən qalmıram.
- Siz həm də Türk Dünyası Araşdırmalar Topluluğunun üzvüsünüz. Burada fəaliyyətiniz nədən ibarətdir?
- Türk Dünyası Araşdırmalar Topluluğunda əsas fəaliyyətimiz türk tarixini, türk mədəniyyətini və türk dövlətlərini tanıtmaqdır. Ümumiyyətlə, sahip olduğumuz mədəni mirası tanıtmaqla yanaşı, türklərin dünya tarixindəki yeri və türklərin qurmuş olduğu dövlətləri tanıtmaqdır. Bugünkü türk dünyasını tanıtmaq və mədəni qohumluq bağlarını gücləndirməkdir. Bundan başqa türk dünyasının geosiyasi əhəmiyyətini anlamaq və izah etməkdir. Başda müstəqilliyinə yeni qovuşmuş türk dövlətləri olmaq üzrə türk olduğuna inanan insanların yaşadığı hər ölkə ilə Türkiyə arasında ortaq əlaqə və mənfəətlərin elmi sahələrdə tədqiqat və qiymətləndirmələrini aparmaqdır. Türk Dünyası ilə Türkiyə arasında, möhkəm təməllərə dayalı dostluq və əməkdaşlığın qurulmasına köməkçi olacaq fəaliyyətlərdə olmaqdır. Universitetimizdə araşdırılan mövzular haqqında panel, simpozium, konfrans hazırlamaq, ayrıca mövzu ilə əlaqədar insanların və təşkilatların bu tədbirlərdə iştirakını təmin etməkdir. Türk dövlətlərinə ortaq gəzinti işləri təşkil etmək, türk dövlətlərindəki üniversitetlərlə əlaqə quraraq universitetlərarası qardaşlıq bağını gücləndirməkdir. Onu da qeyd edim ki, Türk Dünyası Araşdırmalar topluluğunun danışman hocası, Mehmet Akif Ersoy Universitetinin müəllimi Esma Saraç Özdaşlıdır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info