Kənd təsərrüfatı nazirlərinin Berlin sammiti
Tarix: 21.01.2014 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatı naziri Heydər Əsədov Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə beynəlxalq “Yaşıl Həftə” sərgisi çərçivəsində Almaniyanın Xarici İşlər Nazirliyində keçirilmiş Kənd Təsərrüfatı Nazirlərinin VI Berlin Sammitində iştirak edib. "Kənd təsərrüfatının gücləndirilməsi, dayanıqlılığın artırılması, ərzaq və qidalanmanın təmin edilməsi" mövzusunda keçirilmiş sammitdə dünyanın 71 ölkəsinin kənd təsərrüfatı nazirləri və nazir müavinləri, üç beynəlxalq təşkilatın yüksək vəzifəli şəxsləri iştirak edib.
Sammit zamanı planetimizdə əhalinin durmadan artması və ərzaq məhsullarına olan tələbatın çoxalması kontekstində məhdud ehtiyatlardan səmərəli istifadə etməklə qlobal, regional və milli səviyyələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, insanların təhlükəsiz və keyfiyyətli ərzaq əldə etmək imkanlarının təmin edilməsi məqsədilə birgə səylərin artırılması məsələləri müzakirə olunub. Sammitin sonunda qəbul edilmiş yekun bəyannamədə bu çağırışlara səmərəli cavab vermək üçün bitki sortlarından və heyvan cinslərindən davamlı və səmərəli istifadənin təşviq edilməsi, kənd təsərrüfatı üzrə genetik ehtiyatlardan istifadə üzrə qlobal səylərin artırılması, o cümlədən tədqiqat işlərinə və bilik mübadiləsinə dəstəyin artırılması, xidmətlərə, texnologiyalara və kapitala çıxışın təmin edilməsi, kənd təsərrüfatı sahəsinə sərmayə qoyuluşunun artırılması və digər məsələlər öz əksini tapıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info