Los-Ancelesdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Tarix: 21.01.2014 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə şəhərdə fəaliyyət göstərən xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri, Amerika Yəhudi Komitəsinin Los-Anceles nümayəndəliyinin rəhbərliyi, yerli universitetlərin professorları, icma üzvləri və başqaları iştirak ediblər.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək 20 Yanvar hadisələri barədə məlumat verib. O deyib ki, həmin gecə sovet qoşunları tərəfindən çoxlu sayda günahsız insan amansızcasına qətlə yetirilib. Ümummilli lider Heydər Əliyev faciədən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək qətliamı kəskin şəkildə pisləyib və bu, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini daha da ilhamlandırıb.
Baş konsul qeyd edib ki, bu qəddarlığı törədən sovet rejimi Azərbaycan xalqının azadlıq arzularını boğmaq niyyətində olsa da, rejim öz məqsədinə çata bilməyərək tam iflasa uğrayıb, Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Müstəqilliyinin bərpasından keçən dövr ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan diplomat Prezidentin rəhbərliyi ilə ölkənin siyasi və iqtisadi mövqelərinin həm regional, həm də qlobal səviyyədə möhkəmləndiyini bildirib və müstəqilliyimizin dönməz xarakter aldığını diqqətə çatdırıb. “Azerbaijan International” jurnalının baş redaktoru Betti Bleyer 20 Yanvar faciəsi barədə fikirlərini bölüşüb, bu qətliamın SSRİ-nin süqutunun başlanğıcı olduğunu bildirib. Qanlı faciə barədə dünya birliyinə hər hansı məlumatın ötürülməməsi üçün sovet rejiminin Azərbaycanı informasiya blokadasına aldığını bildirən N.Ağayev “National Geographic” jurnalının məşhur fotoqrafı Reza Deqqətinin həmin günlərdə SSRİ dövlət orqanlarından gizli şəkildə Bakıya gedərək baş verən hadisələri necə işıqlandırması və dünyanı məlumatlandırması haqqında danışıb. Sonra CNN telekanalının R.Deqqətidən Bakıda götürdüyü müsahibə nümayiş etdirilib. Daha sonra tədbir iştirakçıları Qanlı Yanvar faciəsini əks etdirən fotosərgi ilə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info