“Lobbiçilik fəaliyyətində daha həmrəy və güclü olmalıyıq”
Tarix: 21.01.2014 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


Azərbaycanın Türkiyədəki səfirliyi, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Avrasiya Qeyri-Hökumət Təşkilatları Əməkdaşlığı Dərnəyi və “EkoAvrasiya” təşkilatının birgə təşkilatçılığı ilə Ankarada “Qarabağ problemi: haradan haraya” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi 20 Yanvar faciəsindən bəhs edən fotosərgiyə baxıblar. Konfransda çıxış edən Türkiyənin Avropa İttifaqı üzrə nazirinin müavini Ələddin Büyükkaya bildirib ki, Azərbaycan ilə Türkiyə ortaq tarixi, mədəniyyəti və qardaşlığı olan ölkələrdir: “Dövlətlərimiz bundan sonra da qardaşlıq şəraitində gələcəyə birgə addımlayacaqlar. Biz bu həmrəylikdən qürur duyuruq. İki strateji tərəfdaş olan ölkələrimiz bütün məsələlərdə daim birlikdə hərəkət ediblər. Cənubi Qafqazda sülh və sabitlik məsələlərinə də baxışımız eynidir”. Nazir müavini deyib ki, Azərbaycanda ötən il oktyabrın 9-da keçirilmiş prezident seçkisindən sonra xalqın etimadını qazanan Prezident İlham Əliyev ilk rəsmi səfərini də Türkiyəyə edib: “Bu, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsini göstərir. Eyni zamanda, səfər zamanı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilib. Bu iclasda tərəfləri maraqlandıran bütün məsələlər üzrə tam fikir birliyi olub”. Konfransda çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov bildirib ki, konfransın 20 yanvar tarixində keçirilməsi təsadüfi deyil. Bu tarix Azərbaycan xalqı üçün qanlı bir faciə günü olmaqla yanaşı, müstəqil dövlət qurmaq yolunda qəhrəmanlıq səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən qanlı gecədə erməniləri dəstəkləyən sovet rəhbərliyinin fərmanı ilə Bakı şəhərində dinc əhaliyə qarşı amansız qətliam həyata keçirilib. Məqsəd Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ermənilərə verilməsinə etiraz edən xalqı qorxutmaq idi. Lakin bu faciə Azərbaycan xalqını daha da mübariz etdi və müstəqillik uğrunda əzmini artırdı.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar çıxışında bildirib ki, 20 Yanvar qətliamını, eləcə də Xocalı soyqırımını törədənlər öz vəhşiliklərini açıq şəkildə etiraf ediblər: “Onlar mətbuata müsahibələrində, yazdıqları kitablarda nəinki bu cinayətləri etiraf edib, hətta bununla fəxr etdiklərini bildiriblər. Gələcəkdə bu cür faciələrə məruz qalmamaq üçün bütün türk dünyası beynəlxalq lobbiçilik fəaliyyətlərində daha həmrəy və güclü olmalıdır”. Vurğulanıb ki, türk dünyasının iki qüdrətli qardaş ölkəsi olan Türkiyə və Azərbaycan böyük nailiyyətlərə imza atıb, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq xoşbəxtliyini yaşayıblar. Konfransda çıxış edən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, Giresun Universitetinin rektoru, professor Aygün Attar, Türkiyə Böyük Millət Məclisinin deputatı İsmayıl Safi, professorlar Cəmaləddin Taşkıran, Hayati Aktaş və başqaları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, beynəlxalq miqyasda bu problemə yanaşma, bölgədə geosiyasi reallıq, Xocalı soyqırımının dünyada tanınması istiqamətində görülən işlər və digər mövzularda məruzələrlə çıxış ediblər.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info