Masallı haqda yenə dezinformasiya: yayılan məlumatlar həqiqəti əks etdirmir
Tarix: 21.01.2014 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


Masallı rayonunda bir qrup rayon sakininin etiraz aksiyası keçirməsi haqda məlumat yayılıb. Məlumatda deyilir ki, guya Şıxlar kəndinin bir qrup sakini Bakı-Astara şossesinin Masallıdan keçən hissəsini bağlayıb.
Məlumatı dəqiqləşdirmək üçün Masallı RİH ilə əlaqə saxladıq.

Masallı RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəsir Muxtarlı açıqlamasında aksiya ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirdi. O, aksiyanın səbəblərini də izah etdi: “Bir müddət əvvəl rayon sakinlərindən birinin evi yanmışdı. Onlar da 10-15 nəfərə yaxın qohumları ilə birlikdə İcra Hakimiyyətinə şikayətə gəlmişdilər ki, bizim evimiz yanmayıb, kimlərsə tərəfindən yandırılıb. İcra Hakimiyyətindən də onlara bildirildi ki, hadisə ilə bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır. Daha sonra onlar da ərazidən uzaqlaşdılar”.
N.Muxtarlı fotolarda da göründüyü kimi, əraziyə xeyli sayda insanın necə toplaşmasına da aydınlıq gətirdi: “Fotolardan da aydın olur ki. insanların toplaşdığı yer rayon avtovağzalının qarşısıdır. Şikayətə gələnlər həmin yerdə ola bilsin ki, ləngiyiblər, bir az səs-küy olub. İnsanlar da ora toplaşıb. İcra Hakimiyyətinin buna bir aidiyyəti yoxdur”.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info