Mingəçevirdə açıq dərs
Tarix: 21.01.2014 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


Milli Qəhrəman Rəşad Mirabovun adını daşıyan Mingəçevir şəhər 7 saylı orta məktəbdə 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı bədii kompozisiya nümayiş olunub.
Tədris ocağının akt zalına toplaşanlar o məşəqqətli gecənin dəhşətlərini bir daha yaşamış, şəhidlərin ruhunu ehtiramla anıblar. Düşmən tapdağı altındakı torpaqlarımızı azad etmək, Azərbaycanın adını ucaltmaq üçün şagirdlərin elmə dərindən yiyələnməsinin vacibliyi qeyd edilib. Sonra VIII sinif şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub, sənədli film nümayiş etdirilib. Milli Qəhrəman Ruslan Muradov adına Mingəçevir şəhər Texniki Humanitar Liseyin pedaqoji kollektivi isə Şəhidlər xiyabanında açıq dərs keçib. “20 Yanvar qan yaddaşımızdır” adlanan dərsdə 24 il əvvəl sovet qoşunlarının Bakıda törətdikləri ağlasığmaz vəhşiliklər barədə məktəblilərə ətraflı məlumat verilib. Açıq dərs çərçivəsində ibtidai sinif şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya, faciə zamanı həlak olmuş məktəbli Larisa Məmmədovanın azadlıq istəyindən bəhs edən tamaşa nümayiş olunub.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info