Gəncədə yeni zavod kompleksinin açılışı olub
Tarix: 21.01.2014 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Gəncə şəhərində Heydər Əliyev park-kompleksinin, Heydər Əliyev Mərkəzinin və bir sıra iqtisadi və sosial təyinatlı müəssisələrin açılışında iştirak edib.
Prezident İlham Əliyev əvvəlcə yenidən qurulmuş Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət edib. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə Heydər Əliyev Parkında aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verib. Parkın girişində möhtəşəm “Zəfər Tağı”ı ucaldılıb. Hazırda parkda gənclər üçün əyləncə mərkəzi və qış parkının tikintisi davam etdirilir.

Gəncə Olimpiya Parkının təməli
qoyulub


Sonra dövlət başçısı Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Burada ümummilli lider Heydər Əliyevin əzəmətli heykəli ucaldılıb. Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunub. Mərkəzdə fəaliyyət göstərəcək Heydər Əliyev Muzeyi ulu öndərin keçdiyi zəngin həyat yolu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Muzeydə Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolu, Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğısının bariz nümunələrinə də geniş yer ayrılıb. Mərkəzdə oxu zalı, elektron kitabxana, xarici dil kursları, “IDEA” İctimai Birliyinin resurs mərkəzi, videokonfrans salonu, Xalçaçılıq tədris mərkəzi, rəqs dərnəyi və sərgi salonu da vardır.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı Mərkəzin açılışı münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev son 10 ildə 12 dəfə Gəncədə olduğunu qeyd edərək, Azərbaycanın digər bölgələri kimi, Gəncənin də abadlaşdığını, daha da gözəlləşdiyini bildirib.
Dövlət başçısı qədim və zəngin tarixə malik olan Gəncədə bu prosesin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Gəncə ictimaiyyətinin nümayəndələri şəhərin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına həmyerlilərinin ən xoş arzularını çatdırıblar.
Sonra xatirə şəkli çəkdirilib. Dövlət başçısı Heydər Əliyev Mərkəzinin həyətində ağac əkib. Prezident Gəncə Olimpiya Parkının təməlqoyma mərasimində iştirak edib.
Dövlət başçısına Olimpiya Parkının eskiz layihəsi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Olimpiya Parkı Beynəlxalq Olimpiya Komitəsinin standartlarına tam cavab verəcək.
Prezident İlham Əliyev Gəncə Olimpiya Parkının təməlini qoyub. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunmuş Məhsəti Gəncəvi Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı mərkəzin açılışını bildirən lenti kəsib.
Klassik memarlıq üslubunda tikilmiş binada şairənin yaradıcılığına həsr olunan rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı və digər yardımçı otaqlar yerləşir. Buradakı elektron köşkdə Məhsətinin rübailəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.
Prezident İlham Əliyev mərkəzin ətrafını və Məhsəti parkını gəzib.

Yeni binalara 6750 nəfər məcburi
köçkün köçürüləcək


Sonra dövlət başçısı Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsinə gəlib. Prezident İlham Əliyev əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında olub. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, zəruri avadanlıqla təchiz olunan binada işçilərin rahat fəaliyyəti üçün bütün tələblər nəzərə alınıb. Sonra Prezident Mədəniyyət Sarayına gəlib. Burada həm rayon, həm də respublika əhəmiyyətli tədbirlər keçirmək mümkün olacaq. Prezident 1200 şagird yerlik Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbinə gəlib. Dövlət başçısı məhəllənin baş planı ilə də tanış olub. Kompleksə beşmərtəbəli 25 yaşayış binası və digər zəruri sosial infrastruktur obyektləri daxildir. Yeni binalara 6750 nəfər məcburi köçkün köçürüləcək. Məktəblə tanışlıq zamanı bildirib ki, bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait var.
Dövlət başçısı Kəlbəcər rayonundan məcburi köçkün Ofelya Məmmədovanın evində yaradılan şəraitlə tanış olub. Hərtərəfli şəraitə malik yeni mənzilə köçmələri münasibətilə Ofelya Məmmədovanın ailəsini təbrik edən Prezident ötən 10 ildə 170 min məcburi köçkünün belə mənzillərlə təmin edildiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, məcburi köçkünlərə dövlət qayğısı ilbəil gücləndirilir və Gəncədə yaradılan ən böyük məcburi köçkün şəhərciyi bunun növbəti əyani nümunəsidir. Prezident iqtisadi, hərbi gücü durmadan artan, beynəlxalq mövqeyi möhkəmlənən, müsbət demoqrafik vəziyyətə malik ölkəmizin işğala son qoyulmasını yaxınlaşdırmaq üçün ardıcıl və məqsədyönlü iş apardığını bildirib. Dövlət başçısı Gəncədə sosial-iqtisadi inkişafla bağlı böyük işlərin görüldüyünü, burada müvəqqəti məskunlaşan məcburi köçkünlərin də həyat şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirildiyini deyib. Məcburi köçkün Ofelya Məmmədova onlara göstərilən hərtərəfli qayğıya görə dövlət başçısına minnətdarlıqlarını çatdırıb, dövlət siyasətinə dəstəyini əsirgəməyən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın silsilə xidmətlərini xüsusi qeyd edib.

İstehsal gücü 50 min ton olan
iki modern zavod


Daha sonra Prezident İlham Əliyev Nizami Gəncəvi Muzeyinin açılışında iştirak edib.
Dövlət başçısı muzeylə yaxından tanış olub. Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq, şairin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi, habelə dünyanın mötəbər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması mühüm əhəmiyyət daşıyır. Bu mənada Gəncədə inşa olunan bu Muzeyin əhəmiyyəti də olduqca böyükdür.
Prezident “DET AL” Alüminium MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının açılışı mərasimində iştirak edib. Dövlət başçısı əvvəlcə metaltökmə və fasiləsiz yayma zavodu ilə tanış olub.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, kompleksdə dünya standartlarının tələblərinə cavab verən, istehsal gücü 50 min ton olan iki modern zavod qurulub. Bunlar metaltökmə və fasiləsiz yayma, təzyiqlə emal və boyama zavodlarıdır.
Dövlət başçısı müəssisənin istehsal sahəsini işə salıb. Prezident Gəncə Qala qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi abidə kompleksi ilə də tanış olub. Yeni yaradılan bu abidə şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən qalanın qarşısında dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Kompleksdə xronoloji ardıcıllıqla tarixi hadisələr əks olunub. Kompleksə xüsusi əzəmət verən dəmir darvazalar quraşdırılıb. Burada Gəncənin hərb tarixi və etnoqrafik muzeyləri yaradılıb.

Gəncə “ASAN xidmət”
mərkəzinə 20 minə yaxın
vətəndaş müraciət edib


Prezident daha sonra Gəncə dairəvi avtomobil yolunun açılışda iştirak edib. Yeni dairəvi yolun əsas səmərəsi ondan ibarətdir ki, avtomobillər və xüsusilə də yük maşınları ölkənin şimal istiqamətinə Gəncəyə daxil olmadan hərəkət edəcək. Burada Prezidentə Ağstafa-Poylu-Gürcüstan sərhədi avtomobil yolunun sxemi də təqdim olunub. Dövlət başçısı Gəncə “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə də tanış olub. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov məlumat verib ki, Gəncədə “ASAN xidmət” 2013-cü il dekabrın 21-dən vətəndaşlara xidmət göstərməyə başlayıb. Gəncə “ASAN xidmət”i Gəncə, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı sakinlərinə xidmət göstərəcək. Qeyd edilib ki, fəaliyyətdə olduğu 25 gün ərzində mərkəzə 20 minə yaxın vətəndaş müraciət edib. Prezident İlham Əliyev “ASAN xidmət”in əməkdaşları ilə görüşüb. Dövlət başçısı bir il ərzində “ASAN xidmət”ə bir milyondan çox vətəndaşın müraciət etdiyini, belə mərkəzlərin digər bölgələrdə də açılacağını bildirib. Qeyd edib ki, dünyanın digər ölkələri də “ASAN xidmət”lə bağlı Azərbaycanın təcrübəsi ilə maraqlanırlar.
Çıxış edən gənclər də onlara göstərilən diqqət və qayğını qeyd edərək, respublikamızda gənclər hərəkatının genişləndirilməsinə hərtərəfli dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib. Prezident Gəncə Dövlət Filarmoniyasında aparılan inşaat işləri ilə tanış olub. Dövlət başçısı tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verib. Prezident daha sonra “VEGO” otelinə gəlib. Otellə tanış olan dövlət başçısına məlumat verilib ki, burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcək. Təkcə Gəncə üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu otel mükəmməl infrastruktura malikdir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var
21.09.2019
Özbəkistanda parlament seçkilərinə start verilib
21.09.2019
Prezident: “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik”
20.09.2019
Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib
20.09.2019
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeodan

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info