Pirallahı qəsəbəsində genişmiqyaslı tədbirlər həyata keçirilib
Tarix: 22.01.2014 | Saat: 14:14:00 | E-mail | Çapa göndər


Ötən il Pirallahı rayonunda 10 nömrəli birləşmiş şəhər xəstəxanası əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmiş, 168 nömrəli tam orta məktəbin əsaslı təmirinə başlanıb.
Rayon icra hakimiyyətindən daxil olan məlumata görə, bu barədə Pirallahı qəsəbə nümayəndəliyinin 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında bildirilib.
Hesabat məruzəsi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbəsi üzrə nümayəndəsi Heydər Vəliyev qeyd edib ki, bu dövrdə “Nümunəvi məhəllə” layihəsi uğurla davam etdirilib və ilk belə həyətlərdən biri 29-cu məhəllənin əhatə etdiyi ərazidə yaradılıb. Qəsəbənin S.Bağırov küçəsində və 28-ci məhəllədə yerləşən “xeyir-şər evləri” əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib.
Bundan əlavə, 29-cu və 40-cı məhəllədəki “xeyir-şər evləri” yenidən qurulub, eləcə də Kamil Rzayev küçəsindəki tikintisi yarımçıq qalmış “xeyir-şər evi” yenidən tikilib. Hazırda burada tamamlanma işləri görülür. Məhəlləarası yollara asfalt döşənib, yeni işıqlanma sistemi yaradılıb, yaşıllıq zolaqları salınıb. Binalar arasında sakinlər üçün istirahət köşkləri, uşaqlar üçün attraksionlar quraşdırılıb.
Yığıncaqda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin rəisi Vəzir Səfixanov Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Pirallahı qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb.
Məruzəçi ötən il dövlət başçısının Fərmanı ilə yaradılmış, rayonda həyata keçirilmiş sosialyönümlü layihələr barədə geniş məlumat verib.
Vurğulanıb ki, rayon icra hakimiyyəti tərəfindən görülən işlərdən əlavə “Nümunəvi məhəllə” layihəsi çərçivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, qəsəbədə yeni inzibati binalar və sosialyönümlü obyektlər inşa ediləcək.
Ən əsası isə qəsəbənin su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri həyata keçiriləcək, istilik sisteminin bərpası başa çatdırılacaq.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info