Makedoniyada Orta əsr Ağsu şəhərinin 3D təqdimatı olub
Tarix: 22.01.2014 | Saat: 15:00:00 | E-mail | Çapa göndər


Makedoniyanın Ohrid şəhərində Makedoniya Sosial-Mədəni Antropologiya İnstitutu və ESRA-nın təşkilatçılığı ilə II Beynəlxalq Mədəni İrs, Turizm və Media konfransı keçirilib.
Konfrans Makedoniya Sosial-Mədəni Antropologiya İnstitutunun dosenti, Dr. Rubin Zemon tərəfindən Uranija Mədəniyyət Evində açıq elan olunub. Açılış mərasimində Ohrid şəhər İcra Hakiminin müavini Angel Janev çıxış edib. Serbiyanın Radio və Televiziya Şurasının üzvü, Dr. Jasminka Simic konfrans iştirakçıları adından təşkilatçılara minnətdarlıq edib. Miras İB-in qəzetimizə məlumatına görə, tədbirdə “I Beynəlxalq Mədəni İrs, Turizm və Media konfransının Materialları” kitabı təqdim olunub. Kitabda azərbaycanlı müəlliflərin də məqaləsi yer alıb.
Konfransa Makedoniya ilə yanaşı, Azərbaycan, İtaliya, Belçika, Albaniya, Türkiyə, Belarus, Rumıniya və Fransadan olan alimlər də qatılıblar. Azərbaycanı Miras İB-in üzvləri (Dr. Fariz Xəlilli, Teymur Nəcəfzadə, Şölə Bayramova və İradə Qədirova) öz maraqlı təqdimatları ilə təmsil ediblər.
Konfransın bölmə iclasları Ohrid şəhərindəki Belvedere otelində keçirilib. Konfransda Miras İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli və IMAGE Company-nin direktoru, sənətşünas Teymur Nəcəfzadənin müəllifliyi ilə “Orta əsr Ağsu şəhərinin 3D təqdimatı: animasiya və modelləşdirmə” qısametrajlı film-məruzəsi təqdim olunub. Filmdə 3D həllər, teksturalar və vizuallaşdırılmış modellər peşəkar formada verilib.
Bölmə iclasları etnoqrafik arxivlər, qeyri-maddi mədəni irsin qorunması, Balkan regionunda rəsmi turizm saytlarının analizi, media, mədəniyyət, təhsil və s. mövzularda məruzələrlə davam edib.
Konfransın yekun iclasında Miras İB-in şöbə müdiri Şölə Bayramova MİRAS-ın 2014-cü ildə təşkil edəcəyi IV Beynəlxalq Mədəni İrsin Konservasiyasında Gənclər – YOCOCU (Ağsu/Azərbaycan), II Beynəlxalq Həmzə Nigari Simpoziumu (Qazax/Azərbaycan) və VIII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu (Konya/Türkiyə) haqqında təqdimat edib.
Sonda konfransda fərqlənən iştirakçılara Makedoniya Mədəniyyət və Turizm Nazirliyinin kitabları hədiyyə olunub, sertifikatlar təqdim edilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var
21.09.2019
Özbəkistanda parlament seçkilərinə start verilib
21.09.2019
Prezident: “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik”
20.09.2019
Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib
20.09.2019
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeodan

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info