Mədəniyyət Nazirlərinin VIII İslam Konfransı
Tarix: 22.01.2014 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Yanvarın 21-də 2013-cü il üçün İslam mədəniyyətinin paytaxtı seçilmiş Səudiyyə Ərəbistanının Mədinə şəhərində İSESCO-nun təşkilatçılığı ilə Mədəniyyət Nazirlərinin VIII İslam Konfransı öz işinə başlayıb.
Yanvarın 23-də başa çatacaq konfransda Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, VIII konfransının açılış mərasimində Əbülfəs Qarayev VII konfransın prezidenti kimi çıxış edərək İSESCO-nun son iki il müddətindəki fəaliyyətini yüksək qiymətləndirib.
Konfrans çərçivəsində "Mədəni hüquqların sülh və dialoqda rolu" sessiyasında isə Ə.Qarayev ölkəmizin nümayəndə heyətinin rəhbəri kimi çıxış edərək son iki ildə Azərbaycan-İSESCO əməkdaşlığının inkişafından, həyata keçirilən birgə layihələr və perspektivlərdən bəhs edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrikini konfrans iştirakçılarına çatdırıb.
Səfər çərçivəsində nazir Ə.Qarayev İSESCO-nun baş direktoru Əbdüləziz Othman Altvaijri və Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Əbdüləziz bin Mohieddin Khoja ilə görüşlər keçirib. Əbülfəs Qarayev, həmçinin Səudiyyə Ərəbistanı Kral ailəsinin üzvü, Mədinənin əmiri Feysəl bin Salman Əl Saud ilə də görüşüb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını ona çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanın dəstəyi ilə Dərbənddə xalçaçılıq muzeyi yaradılacaq
20.09.2019
“Şirinlər” növbəti dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsinə çıxacaq
19.09.2019
Azərbaycanlı rəssamın Neapol uğuru
19.09.2019
Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert təşkil edilib
19.09.2019
“YARAT”da Rusiya istehsalı olan filmlər göstəriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info