Bitki toxumlarının GMO olduğunu müəyyənləşdirmək mümkün olacaq
Tarix: 22.01.2014 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Azərbaycanda bitki toxumlarının genetik modifikasiya olunub-olunmadığını əvvəldən müəyyənləşdirmək mümkün olacaq. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktor müavini Mehrac Abbasov bildirib ki, bu vaxta kimi toxumlarda GMO-nu təyin etmək üçün metodika yox idi. Onun sözlərinə görə, ötən il həmin metodika institut tərəfindən hazırlanıb və artıq bitkilərin toxumlarının GMO olub-olmadığını müəyyən ediləcək: “Metodika ötən ilin sonunda tam hazırlanıb. Bu il həmin metodikanın işləməsi üçün reaktivlər alınıb və fevral-mart aylarında müxtəlif bitkilər üzərində ilkin testlər aparılacaq. Bu, dəqiqlik sevən iş olduğundan, prosesə ehtiyatla yanaşırıq. Bu il də işləri davam etdirərək müxtəlif bölgələrdə seminarlar təşkil ediləcək və müxtəlif nümunələr götürülərək analiz ediləcək”. M.Abbasov qeyd edib ki, Azərbaycanda ötən il müəyyən bölgələr üzrə GMO məhsullarla bağlı elmi ekspedisiyalar keçirilib. Onun sözlərinə görə, bu zaman məqsəd GMO bitkilərin əkilməsinin qanunla qadağan edilməsi barədə fermerlərə məlumat vermək idi: “Həmin zamanlarda az miqdarda toxum nümunəsi götürülüb və bu il həmin nümunələr analiz ediləcək. Cari ildə də bölgələrdə təbliğat işi davam etdiriləcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bu il Azərbaycan əhalisi 37 milyard manata yaxın gəlir əldə edib
18.09.2019
Qarabağ müharibəsi əlili yeni evlə təmin olunub
17.09.2019
Özünüməşğulluq proqramı iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatların ictimai açıqlığı təmin edildi
17.09.2019
Neftçalanin Astanli kəndinə qaz verildi
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info