Qara Yanvar hadisələri İsrail radiosunda
Tarix: 22.01.2014 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


İsrail Birinci radiosunun israillilər arasında kifayət qədər populyar olan "Günün detalları" verlişində qanlı Qara Yanvar hadisələrinə şərh verilib.
Qanlı Yanvar hadisələri ilə bağlı tanınmış İsrail radioaparıcısı Mark Kriçevskinin suallarına cavab verən İsrail-Azərbaycan Beynəlxalq Təşkilatın (AZİZ) idarə heyətinin üzvü, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut qeyd edib ki, 24 il öncə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlıgından hiddətlənərək Bakı kucələrinə çıxıb buna qəti etirazını bildirən Azərbaycan xalqı azadlıq uğrunda mücadiləsini bütün dünyaya nümayiş etdirdi. "Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya göstərdi. «Udar» («zərbə») şərti adı altında keçirilən həmin dəhşətli əməliyyat SSRİ-nin Müdafiə, Daxili İşlər nazirlikləri və Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən hazırlanmışdı. Əməliyyatda əsas yer xüsusi təyinatlı «ALFA» qrupuna və DTK-nın təxribat qruplarına ayrılmışdı"- Arye Qut qeyd edib.
Arye Qutun sözlərinə görə, Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız ertəsi gün şəhər hərbi komendantı Dubinyakın radio ilə çıxışında və vertolyotlardan səpilən vərəqələrdə bildirildi: “Halbuki Qorbaçovun Azərbaycana ezam etdiyi vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq. O ağır günlərdə 20 Yanvar faciəsi ətrafında xəyanət sükutunu ilk yaran Heydər Əliyevin haqq səsi və dəyişməz mövqeyi oldu. Faciənin ertəsi günü ilk dəfə olaraq Heydər Əliyevin Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə qarşı etiraz səsi ucaldı. Təbii ki, milli-azadlıq istəyi ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilən bu müdhiş faciə qəlbi Vətən eşqi ilə döyünən Heydər Əliyevi narahat etməyə bilməzdi. Azərbaycanın ümummilli lideri hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törəmə səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi".
Qara Yanvar hadisələrini şərh edən Arye Qut deyib ki, 20 Yanvar Azərbaycan tarixinə həm ümumxalq hüzn günü, həm də qəhrəmanlıq salnaməsinin yazıldığı gün kimi daxil olub: "Bu tarix Azərbaycanlıların bir millət kimi tanıyan və dərk edən gündür. Hadisənin baş vermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir. Həmin gün Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri cəkilməyəcəyini bütün dünyaya nümayiş etdirdi. Lakin eyni zamanda bu hadisə Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, müasir Azərbaycan tarixinə qürur və şərəf mübarizəsi kimi daxil olub."

Qanlı Qara Yanvar hadisələri şərh edərkən Arye Qut qeyd edib ki, bu gün həm də son 24 ildə olduğu kimi, yanvarın 20-də sinaqoqlarda səhər və axşam dualarında da Azərbaycanın dağ, aşkenazi və gürcü yəhudi icmalarında, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda həlak olmuş Qara Yanvar şəhidlərini anma duaları oxunub: "Azərbaycan həmişə beynəlmiləl və tolerant ölkə olub. Hətta azərbaycanlılarla yanaşı, yəhudilər, tatarlar, ruslar Bakıda Qara Yanvar günü bu dəhşətli faciədə sovet kommunist hərbu maşınının qurbanı olub. Bu gün "İsrail-Azərbaycan" (Azİz) Beynəlxalq Assosiasiyası anım gecəsini Heydər Əliyev Fondunun dəstəyi ilə Hayfa Universitetində keçiririk və biz bu anma gecəsini Bessantin, Meyeroviç və Marxevka şəhid ailələri ilə birlikdə keçirəcəyik”.
İlkin




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info