JuHİ: “Jurnalistlərin sosial durumu yaxşılaşıb”
Tarix: 22.01.2014 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2013-cü ildə sosial durumlarının öyrənilməsi üzrə araşdırmalarını başa çatdırıb. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən 30 ümumrespublika yayımlı qəzet, 3 informasiya agentliyi, 5 xəbər portalı, həmçinin 8 həftəlik qəzet (5 regional, 3 ümumrespublika yayımlı), 4 televiziya (2 regional, 2 ümumrespublika yayımlı) redaksiyalarının əməkdaşları cəlb edilib (ümumilikdə 50 redaksiya əhatə olunub).
Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri və digər məsələlərlə bağlı sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb:
Gündəlik nəşr edilən qəzetlərdə, informasiya agentliklərində və ümumrespublika yayımlı telekanallarda: İşçilərlə fərdi əmək müqavilələrinin bağlanmasında irəliləyiş var: sorğuya cəlb edilən 95 faiz redaksiyalarda fərdi əmək müqavilələri bağlanıb. Baxmayaraq ki, müqavilələr redaksiyaların bütün əməkdaşlarına şamil edilməyib. Orta hesabla, hər bir redaksiyada ən yaxşı halda əməkdaşlardan yalnız 60 faizi ilə fərdi əmək müqavilələri bağlanıb. Amma burada əvvəlki illərlə müqaisədə ciddi irəliləyiş var. Belə ki, ötən illər üzrə keçirilən sorğulardan belə nəticə çıxırdı ki, redaksiyalarda işçilərin 30 faiz ilə əmək müqavilələri bağlanıdı, qalan işçilər şifahi sövdələşmə ilə çalışırdılar.
Əmək müqavilələrinin simvolik xarakterli olması problemi isə yenə də aktuallığını qoruyur, əksər redaksiyalarda əmək müqavilələri əməkhaqqı və digər məsələlərlə bağlı reallığı əks etdirmir; tibbi sığorta təcrübəsi yoxdur və ya minimum səviyyədədir , 3 redaksiyada kampaniya formalı tibbi müayinələr tətbiq edilib.
Jurnalistlərin aylıq gəlirlərində ötən illərlə müqayisədə ciddi artım müşahidə edilib: Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışan jurnalistlərin aylıq gəlirləri 500 manat və daha yüksək olub (sorğu iştirakçılarının 90 faizi). Sorğu iştirakçılarının az qismi (4 faiz) 350-450 manat, qalanları isə (6 faiz) 600-700 manat və daha yuxarı həddə aylıq gəlir əldə etdiklərini bildiriblər. Məlumat üçün qeyd edək ki, 2011-2012-ci illər üzrə keçirilən sorğularda bu kateqoriya üzrə jurnalistlərin orta aylıq gəlirləri 350-400 manat civarında qeyd edilirdi. Ümumrespublika yayımlı həftəlik qəzetlərdə çalışan jurnalistlərin də aylıq gəlirlərində ötən illərlə müqayisədə artım qeydə alınıb. Bu kateqoriya üzrə redaksiyalarda çalışan jurnalistlərin orta aylıq gəlirləri 250-300 manat arasında dəyişir. Regionlarda isə vəziyyət belədir: Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 150-200 manatla ifadə olunur. Regional televiziyalarda çalışan jurnalistlərin aylıq gəlirləri isə 250-300 manatdır. Sorğu iştirakçıları 2013-cü ildə qeydə alınan digər yeniliklər barədə də fikirlərini bildiriblər: mənzilsizlik probleminin aradan qaldırılması istiqamətində ciddi addımlar atılıb. Prezident İlham Əliyevin sərəncamı ilə inşa edilən 156 mənzillik bina 2013-cü ildə jurnalistlərin istifadəsinə verilib. Paralel olaraq ikinci binanın inşasına başlanılıb ki, bu da mənzil problem olan jurnalistlərin bu qayğıdan birdəfəlik qurtarmasına şərait yaradıb. Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist müsabiqələri vasitəsilə çoxsaylı jurnalistlərin mükafatlandırılmaları jurnalistlərin gəlirlərinin artmasına təsir edən amillər sırasında qeyd edilib. Məlumat üçün bildirək ki, 2013-ci ildə 200-dən artıq jurnalist bu müsabiqələrin qalibi olaraq əlavə maddi gəlir əldə ediblər. Media işçilərinin banglardan kredit almaq imkanlarının yaranması 2013-cü ilin yenilikləri sırasında qeyd edilir. Məlumat üçün bildirək ki, əvvəlki illər üzrə keçirilən sorğularda bangların jurnalistlərə kreditlər verməkdən imtina etmələri ciddi problem kimi önə çəkilirdi. Uğurlu faktlar sırasında media sferasında iş yerlərinin artımı və ya mövcud iş yerlərinin qorunub saxlanılması da göstərilib. 2013-cü ildə ciddi media qurumları sırasında fəaliyyətlərini dayandıranlar qeydə alınmayıblar. Məlumat üçün bildirək ki, KİV redaksiyalarının bağlanması, nəticədə jurnalistlərin öz iş yerlərini itirməsi praktikası əvvəlki illərdə ciddi problemlər sırasında olub. 2011-2012-ci illərdə bu problemin aradan qalxması tendensiyası müşahidə edilib. 2013-cü ildə isə bu kateqoriya üzrə hər hansı fakt qeydə alınmayıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info