Əfsanəvi maestronun Azərbaycanda ilk konserti
Tarix: 22.01.2014 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz ki, yanvarın 25-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar və dirijor Ennio Morrikone möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
Konsert “Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi və “Fireland Vineyards” və “Nar Mobile” şirkətlərinin sponsorluğu ilə baş tutacaq.
“Buta” İncəsənət Mərkəzindən bildiriblər ki, “Oskar” mükafatı laureatı və dəfələrlə bu ada namizəd, dördqat “Qızıl qlobus” və “Qızıl şir” mükafatlarının laureatı, Venesiya film festivalının qalibi Maestro Ennio Morrikone Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Xor Kapellası ilə birlikdə möhtəşəm konsert verəcək. Heydər Əliyev Sarayının səhnəsinə maestro ilə birlikdə 200-dən çox musiqiçi çıxacaq.
Ennio Morrikone İtaliya, İspaniya, Fransa, Almaniya, Rusiya və ABŞ-da çəkilmiş 400-dən çox kino və seriala musiqi bəstələyib. Onlardan “Bir dəfə Amerikada”, “Professional”, “Yaxşı, pis və qəddar”, “Bir dəfə vəhşi Qərbdə”, “Malena”, “Dekameron”, “Lolita”, “Kill Bill” və digər filmlər dünya kinematoqrafiyasının şedevrlərinə çevriliblər.
Azərbaycan tamaşaçıları öz sevimli filmlərindən musiqiləri eşidəcək və əfsanəvi maestro Ennio Morrikonenin sənətindən zövq alacaqlar.
Maestro Morrikone bildirib ki, möhtəşəm şəhər olan Bakıda çıxış etmək şərəfinə layiq görüldüyümə görə xoşbəxtəm. Konsertdən zövq alarsınızsa, çox şad olaram və ümid edirəm ki, konsert zamanı sizin sevginizi hiss edəcəyəm.
Konsert üçün biletləri şəhərin bütün kassalarından, eləcə də citylife.az və kassir.az saytlarından əldə etmək mümkündür.
Konsertdən bir gün əvvəl - yanvarın 24-də isə “JW Marriott Absheron” otelində Ennio Morrikonenin mətbuat konfransı keçiriləcək.
2004-cü ildə Azərbaycan incəsənətini təbliğ edən mərkəz kimi yaradılmış “Buta” İncəsənət Mərkəzi hazırda bütün dünyadan olan mədəniyyət nümayəndələri ilə əməkdaşlıq edir. Təşkilat incəsənət və mədəniyyət sahəsində böyük beynəlxalq tədbirlərdə iştirak edir. “Buta”nın Azərbaycan incəsənətini bütün dünyada məşhurlaşdırmaq istəyi və mərkəzin bu istiqamətdə gördüyü işlər artıq öz bəhrəsini verib – xaricdə hər il daha çox insan Azərbaycanın zəngin mədəniyyəti haqqında öyrənir. 2010-cu ildə mərkəz 5 illiyini Londonda Azərbaycan incəsənətinin 100 günlük festivalı ilə qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Amerika istehsalı olan “Möcüzə” filmi “Artım”da nümayiş ediləcək
22.09.2019
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə açıb
22.09.2019
Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
22.09.2019
Bakıda Beynəlxalq Sülh Günü ilə bağlı kitab sərgisi təşkil olunub
21.09.2019
Budapeştdə Macarıstan-Türkiyə Gülbaba Festivalı açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info