Pekində Azərbaycan klassik musiqisindən ibarət konsert olacaq
Tarix: 22.01.2014 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Çinli musiqisevərlər Azərbaycan klassik musiqisi ilə yaxından tanış olmaq imkanı əldə edirlər.
Yanvarın 24-də Pekində Çin Opera və Balet Teatrının simfonik orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunacaqdır. Orkestrə Azərbaycanın Xalq Artisti, dirijor Yalçın Adıgözəlov rəhbərlik edəcək.
Ölkəmizin Çindəki səfirliyinin Azərbaycan mədəniyyətinin, incəsənətinin bu ölkədə tanıdılması istiqamətində işinin davamı olaraq səfir Lətif Qəndilov ötən ilin noyabrında Çinin mədəniyyət nazirinin müavini ilə görüşündə ikitərəfli mədəni əlaqələrin inkişafı üçün konkret işlərin görülməsinə dair razılıq əldə edilib. Bu işlərin sırasına Pekində Azərbaycanın klassik musiqisindən ibarət konsert proqramının təşkili də daxildir.
Çin tərəfi sözügedən konsertin təşkili üçün Azərbaycanın Xalq Artisti, professor Yalçın Adıgözəlovu və vokalçı, Əməkdar Artist Nərgiz Kərimovanı Pekinə dəvət etmişdir. Hazırda Pekində olan hər iki musiqiçi çinli həmkarları ilə birlikdə konsertin bir neçə dəfə məşqini də ediblər.
Konsertdə Üzeyir bəy Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin əsərlərindən parçalar, romanslar, Nərgiz Kərimovanın ifasında operalardan parçalar ifa olunacaq. Vacib məqam odur ki, bu konsert çinli musiqisevərlərin klassik Azərbaycan musiqisi ilə yaxından tanış olmaları üçün ilk belə böyük fürsətdir.
Çin tərəfi ilə əldə edilmiş razılığa əsasən, may ayında “Pekində görüş” musiqi festivalında Azərbaycan musiqi kollektivlərinin birinin iştirakı, habelə Pekində yaşayan həvəskar rəssam Nailə Abbasovanın rəsmlərindən ibarət sərginin təşkili də nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Opera səhnəmizin “Nigar”ı
22.09.2020
Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
21.09.2020
“Emmi“ mükafatının qalibləri açıqlanıb
19.09.2020
Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
18.09.2020
Musiqili Teatr mövsümü “Ər və arvad”la açıq elan edəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
3 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
4 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
5 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info