Böyük Britaniyanın səfiri Mətbuat Şurasında olub
Tarix: 22.01.2014 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiq Azərbaycan Mətbuat Şurasının qonağı olub. Mətbuat Şurasından “Palitra”ya verilən məlumata görə, qonağı salamlayan Mətbuat Şurasının sədri Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı geniş məlumat verib. Ə. Amaşov bildirib ki, 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri tərəfindən yaradılan Mətbuat Şurası medianın özünütənzimləməsini həyata keçirir, mövcud xüsusda vətəndaşlardan, ayrı-ayrı idarə, müəssisə və təşkilatlardan daxil olan şikayətləri araşdırır, qərar və rəylər çıxarır. Şuranın tədbirləri ictimai qınağa əsaslanır. Qurum I qurultayda qəbul edilmiş «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın pozulması hallarına dair tövsiyələrini verir. Jurnalist hüquqlarının qorunması, söz və mətbuat azadlığının müxtəlif aspektləri ilə bağlı müvafiq orqanlarla əməkdaşlıq edir, müxtəlif tematik tədbirlər reallaşdırır. «Ötən on ilin təcrübəsi onu deməyə əsas verir ki, cəmiyyətdə Mətbuat Şurasının missiyası kifayət qədər dərk edilir», - deyə Ə.Amaşov vurğulayıb.
Səfir İ.Siddiq təmsil olunduğu ölkənin Azərbaycana hər zaman böyük maraq göstərdiyini bildirib. Bu baxımdan media fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını önə çəkən diplomat bildirib ki, Böyük Britaniya Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı məsələlərə dəstək göstərməyə hazırdır.
Görüşdə hər iki ölkənin media qurumları və jurnalistləri arasındakı əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi ifadə olunub. Mövcud istiqamətdəki mümkün fəaliyyət aspektləri nəzərdən keçirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info