“Tarixin bir səhifəsi” adlı sərgi təşkil olunacaq
Tarix: 22.01.2014 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Yanvarın 28-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş “Tarixin bir səhifəsi” tədbir-sərgi təşkil olunacaq. Azərbaycan İstiqlal Muzeyindən “Palitra”ya verilən məlumata görə, sərgidə tarixçi Ədalət Tahirzadənin şəxsi arxivindən 30 ədəd fotoşəkil, muzeyin fondunda saxlanılan kitablar, sənədlər nümayiş olunacaq. Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, professor Şirməmməd Hüseynov, AMEA-nın şərqşünaslıq institutunun aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi, Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyə Əhmədova, tarixçi Ədalət Tahirzadə və M.Ə.Rəsulzadənin nəvəsi rəssam Rais Rəsulzadə çıxış edəcəklər.
Tədbirdə M. Ə. Rəsulzadəyə həsr olunmuş video çarx nümayiş olunacaq, Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələrinin ailə üzvləri, tarixçilər, tələbələr, Milliyyətçi Gənclər Təşkilatının üzvləri, Prezident Qvardiyasının, Daxili Qoşunların əsgərləri, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info