“Zvyazda”: “Sibir və Uzaq Şərqin yüksəlişi Rusiyanın milli prioritetidir”
Tarix: 22.01.2014 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


“Dünya iqtisadiyyatı aktivliyinin Sakit okeana doğru yerdəyişməsi bu bölgələrin inkişafını vacibləşdirir”

Belarusun “Zvyazda” qəzetində müəllif Sergey Kizima dünya iqtisadiyyatının öz mərkəzini Sakit okeana doğru dəyişməsi və bundan Rusiyanın, formalaşmaqda olan Avrasiya İttifaqının öz maraqlarına uyğun istifadə etməsi perspektivləri barədə maraqlı yazı yazıb.
Yazıda qeyd edilir ki, Vladimir Putinin Federal Şuraya göndərdiyi müraciətdə əsas diqqət Sibirin və Uzaq Şərqin yüksəlişinə həsr olunub: “Rusiya Prezidenti qeyd edib: “Bu, bütün 21-ci əsr üzrə bizim milli prioritetimizdir”. Buradan təbii bir sual meydana çıxır: Ölkənin əsas əhalisinin yaşadığı və daha rahat infrastrukturun cəmləşdiyi Avropa hissəsi olduğu halda, məsələnin bu cür qoyuluşu hardan irəli gəlir? Bu barədə çoxlu səbəblər sırasında adətən xammal resurslarının bolluğunu və qonşuluqdakı ölkələrin məskunlaşmış və resurslara ehtiyacı olan əraziləri ilə nisbətdə, burada əhalinin çatışmaması səbəbindən onların itirilməsi təhlükəsi göstərilir. Qeyd-şərtsiz, sonuncu üçün bütün əsaslandırmalar mövcuddur. Xüsusilə də Sibirdə olan təbii resurs ehtiyatları doğrudan da olduqca böyükdür. Bundan başqa, faydalı resursların çoxlu düşərgələri hələ heç açılmayıb. Burada mənimsənilən neft, qaz Rusiyanın əsas valyuta ehtiyatını və ixracatını ərsəyə gətirir.
Bu zaman isə iqtisadi inkişafın əsas leytmotivi kimi təbii resursların sonrakı işlənməsi özündə təbii riskləri də ehtiva etmiş olur. Ola bilsin ki, “Norveç xəstəliyi” güclənsin, bu isə ondan irəli gəlir ki, Rusiya iqtisadiyyatında bütün problemlər təbii resursların mənimsənilməsi və ixracından ərsəyə gəlir, bu da öz növbəsində iqtisadiyyatın digər sektorlarının pozitiv inkişafını tormozladır. Halbuki bu pozitiv inkişaf və sektorlar 21-ci əsr ərzində dünya rəqabətində uğurun əsas faktoru ola bilər.
Bu məsələdə ərazi itkisi təhlükəsinə də qeyri-ciddi yanaşmaq olmaz. Əgər tarix nəyisə öyrədirsə, bu, ona görədir ki, “heç vaxt “heç vaxt” demək olmaz”.
Rusiya ərazisinin 70 faizində cəmisi 25 milyon nəfərin yaşaması onun “Axill dabanı”dır. Bu boyda böyük ərazini bu qədər əhali ilə mənimsəmək və qorumaq çox şətindir”.
Sibir və Uzaq Şərqin mənimsənilməsinin prioritetliyinin əsas səbəbi dünya iqtisadiyyatının məruz qaldığı transformasiyadır. Belə ki, iqtisadi inkişaf mərkəzi Sakit okean bölgəsinə keçir. Dünyanın əsas Ümum Daxili Məhsulu tezliklə Sakit okean sahillərində yaradılacaq.
2012-2013-cü illərdə aydın oldu ki, ilk dəfə Sakit okean ölkələrinin iqtisadiyyatı praktiki olaraq dünya iqtisadiyyatının yarısına bərabər olub. Artıq regionun iki ən böyük iqtisadiyyatı – ABŞ(19,5 faiz) və Çin(15,5 faiz), dünya ÜDM-inin 35 faizini ərsəyə gətirir. Üçüncü yerdə isə ölçüsünə görə 5,5 faizlə Yaponiya gəlir. Dördüncü yerdə dünya ÜDM-ə 3 faizlik töhfəsilə Rusiya gəlir. Beşinci yerdə 2,16 faizlə Meksika, altıncı yerdə 1,92 faizlə Cənubi Koreya, yeddinci yerdə 1,77 faizlə Kanada gəlir. Səkkizinci yerdə İndoneziya 1,45, doqquzuncu yerdə Avstraliya 1,16 faizlə gəlir. Onuncu yerdə isə Tayvan 1,075 faizlə dayanır.
Regionun digər ölkələrinin iqtisadiyyatı dünya ÜDM-inin 1 faizindən az olmalarına baxmayaraq, gələcək inkişaf üçün böyük potensiala malikdirlər. Məsələn, sürətlə inkişaf edən və əhalisinin sayı 100 milyona yaxınlaşan Filippin, 90 milyonluq sakini ilə dünyaya açılan Vyetnam, 70 milyonluq əhalisi olan Taylandı göstərmək olar. Bu kateqoriyaya həyat səviyyəsi ABŞ-dan yüksək olan və ərazisində dünyanın ən böyük korporasiyaları yerləşən Sinqapur da daxildir.
Məhz dünya iqtisadiyyatı aktivliyinin Sakit okeana doğru yerdəyişməsi Sibir və Uzaq Şərqin inkişafını vacibləşdirir. Rusiya artıq bu regionda ərazi baxımından mövcuddur, amma indi buna iqtisadi komponenti əlavə etmək zərurətə çevrilib.
Söhbət ondan gedir ki, Rusiyada mövcud olan Avropa iqtisadi bazası bütün səviyyələrdə Sibir və Uzaq Şərq iqtisadiyyatına cəlb edilsin. Oradan isə Sakit okean bölgəsinə açılsın. Məhz burada tez bir zamanda ticarət məhsulları hazırlanacaq, ən çağdaş texnologiyalar kəşf olunacaq, həyata keçiriləcək və satılacaq.

“Avropa isə ildən-ilə daha çox dünya əyalətlərindən birinə çevrilməkdə olacaq, dünya hadisələrinin baş verdiyi əsas regiondan ayrılmış bir şəklə düşəcək”

Dünyanı ən böyük bankları da burada fəaliyyət göstərəcək. Avropa isə ildən-ilə daha çox dünya əyalətlərindən birinə çevrilməkdə olacaq, dünya hadisələrinin baş verdiyi əsas regiondan ayrılmış bir şəklə düşəcək. Buradan isə Avrasiya İttifaqının probleminin mənbəyi və ittifaqın perspektivləri qaynaqlanır.
Bununla əlaqədar Rusiya üçün əsas məsələlərdən biri Avropa Birliyi ölkələri üçün Sakit okeanın dinamik həyatına Sibir və Uzaq Şərqdəki infrastruktur və texnologioya layihələri vasitəsi ilə əlçatanlığı təmin etməkdir.
Məhz bu pul və mal axınları Sibir və Uzaq Şərq landşaftını kardinal şəkildə transformasiya edə bilər. Bununla isə Avropa Birliyi üçün nəinki dəniz, eləcə də quru marşrutlarla dünya iqtisadiyyatının gözlərimizin önündə formalaşan yeni qibləsinə çatmaq mümkün olacaq. Bu Rusiya eksklüzivi isə gələcək Avrasiya inteqrasiyası layihəsinin faktorlarından birinə çevriləcək.
Bununla bərabər, Sibir və Uzaq Şərqə ABŞ, Çin, Kanada, Cənubi Koreya, Yaponiya və Avstraliyanın da böyük marağı var. Onların investisiyaları da bu regionların mənimsənilməsinə şərait yaradacaq. Dünya iqtisadiyyatının buraya cəlb edilməsi ilə bu ərazilərin inkişafı adıçəkilən ölkələrin xüsusi “iştah”larını da öldürmüş olacaq.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info