Riberi “Çelsi” və “Real”ın təkliflərini qəbul etməyib
Tarix: 22.01.2014 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


“Bavariya”nın fransalı futbolçusu Frank Riberinin 2008-ci ildə “Çelsi” və Madrid “Real”ından gələn təklifləri rədd edərək, alman komandasına üstünlük verdiyi ortaya çıxıb.
“Qalatasaray”dan qalmaqallı şəkildə ayrıldıqdan sonra “Marsel”ə gedən Frankla münhenlilərlə yanaşı, “Real” və “Çelsi” də yaxından maraqlanırmış. “Bavariya”nın prezidenti Karl-Hayns Rumenige Riberinin 2008-ci ildə ona təklif irəli sürən komandalara mənfi cavab verməsini dəyərləndirib: “Yarımmüdafiəçinin bu durumda “Bavariya” ilə müqavilə bağlamasına görə onu qəhrəman adlandırıram. Yaxşı haldı ki, 6 il öncə Riberiyə təkliflər çox olsa da, Fransa millisinin aparıcı üzvünü klubumuza cəlb edə bildik. Hətta deyə bilərəm ki, rəsmi bir anlaşma olmadığı üçün depressiyaya da qapılmışdım. Özü də “Çelsi”nin Riberiyə çox yüksək məbləğ təklif etdiyini vurğulayım. Lakin bu satışa izin verməməklə, doğru addımı atdıq. Ulduz futbolçuları rəqiblərinə satdığın təqdirdə böyük bir klub ola bilməzsən. “Barselona” və “Real” oyunçularını satmırsa, ala bilməzsən. Bu amil “Bavariya”ya da şamildir”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
İspaniya La Liqası: “Sevilya” öz meydanında “Real Madrid”ə məğlub olub
22.09.2019
Cəbrayıl Həsənov və Şərif Şərifov dünya ikincisi olub
22.09.2019
“Qələbəyə layiq deyildik”
22.09.2019
Qvardiola “Manchester City“nin gələcək baş məşqçisinin adını açıqladı
22.09.2019
Yaponiya komandası 5 topla qrup hərəkətlərində Dünya Çempionatının qızıl medalını qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info