Pan Qi Mun: “Suriyada beynəlxalq hüquq normaları pozulur”
Tarix: 22.01.2014 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


“Münaqişə aparan hər iki tərəfdən beynəlxalq hüquq normalarının pozulması Suriyada humanitar böhrana gətirib çıxarıb”. Bu bəyanatla Suriya üzrə dünya konfransı- "Cenevrə-2"nin açılışı günü BMT-nin baş katibi Pan Qi Mun çıxış edib.
“Tərəflərin humanitar hüquq qaydalarına ümumi hörmətsizlik göstərməsi ölkədə humanitar problemin əsas amilidir” deyən baş katib daha sonra, münaqişənin genişlənməsində xaricdən gətirilən silahların, eləcə də xarici üsyançı və radikal qrupların rolunun olduğunu xüsusi qeyd edərək münaqişənin həlli üçün Suriya nümayəndə heyətinə çağırış edib: “Mən Suriya nümayəndə heyətini münaqişənin həllində fəal və konstruktiv iştirak etməyə çağırıram. Ölkənin bütün əraziləri, xüsusən blokada şəraitində yaşayan insanlar dərhal və tam humanitar yardımla təmin olunmalıdır”.
Qeyd edək ki, İsveçrənin Montre şəhərində Suriyadakı münaqişənin nizamlanması üzrə beynəlxalq konfransda 40 ölkənin nümayəndə heyəti iştirak edir. Konfransın ilk günü Rusiya xarici işlər naziri Sergey Lavrov da açıqlama ilə çıxış edib. O, çıxışında Suriyadakı münaqişənin ölkədə xaos, dözümsüzlük atmosferi yaratdığını, ölkənin beynəlxalq terrorizm ocağına çevrildiyini qeyd edib.
Ağasəf




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Minsk Qrupunun üzvü kimi İtaliyanın Qarabağ münaqişəsini diqqətdə saxlaması vacibdir
18.09.2019
ABŞ prezidenti Donald Trampdan İranla bağlı açıqlama
17.09.2019
“İki həftə içində ABŞ-la anlaşmasaq, planımızı tətbiq edəcəyik”
16.09.2019
“Həsən Ruhani və Donald Trump görüşü gündəmdə yoxdur“
16.09.2019
“Saudi Aramco“ya qarşı hücumda İraq ərazisindən istifadə edilməyib“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info