Qraçya Qalustyan: “Fransa son vaxtlar açıq şəkildə Azərbaycanı dəstəkləməyə başlayıb”
Tarix: 22.01.2014 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


“Sərkisyan Ermənistanın suverenliyini siyasi alver
predmetinə çevirərək Rusiyaya satıb. Ona görə də beynəlxalq
aləmdə heç kim bizi saymır”


Cəbhə xəttində baş verən son gərginliyə ATƏT-in Minsk qrupu həmsədrlərinin yanaşması erməniləri özündən çıxarıb. Ermənilərin cəbhə xəttində atəşkəsi pozması yeni xəbər deyil. Erməni işğalçı qüvvələri demək olar ki, hər gün atəşkəsi pozur və Azərbaycan ordusundan lazımi cavablarını alırlar. Son bir neçə gün ərzində erməni diversiya qrupları cəbhə xəttində atəşkəsi yenidən pozaraq qarşı tərəfə keçmək
istəyiblər.

Amma Azərbaycan Silahlı Qüvvələri onların cavabını necə lazımdırsa verib. Ermənistan tərəfinin açıqladığı rəsmi məlumata görə, işğalçı ordunun bir serjantı atışmada öldürülüb. Özləri atəşkəsi pozmalarına baxmayaraq, həmişə olduğu kimi yenə də günahı Azərbaycan tərəfinin üstünə atırlar. Onları yandıran uğursuz hərbi əməliyyat keçirmələri və bir serjantlarını itirmələridir. Ona görə də günahı Azərbaycan tərəfinin üstünə ataraq həmsədrlərin Bakını qınamasını istəyirlər. Bunu görmədikdə isə qudururlar. Amerikalı həmsədr Uorlik olaya “Tvitter” səhifəsində münasibət bildirib. Amerikalı diplomat bildirib ki, cəbhə xəttində atəşkəsin pozulması sülh danışıqlarına ziyan verir. Uorlikin münasibətini dəyərləndirən erməni ekspert Qraçya Qalustyan yazır ki, ABŞ və Rusiyanın başı Ukraynaya qarışdığı üçün Ermənistanı yada salan yoxdur: “Həmsədr dövlətlər Azərbaycanı tənqid etməkdən çəkinirlər. Amerikalı diplomatın məsələyə münasibəti də göstərir ki, o, açıqlama xətrinə açıqlama verib. Amerikalı həmsədr ölən erməni serjantın ailəsinə başsağlığı belə vermədi. Heç Rusiya ilə Fransanın mövqeyi də ABŞ-dan geri qalmır. Onlar da cəbhə xəttindəki son pozuntuya heç bir münasibət açıqlamırlar. Fransa son vaxtlar açıq şəkildə Azərbaycanı dəstəkləməyə başlayıb. Fransua Ollandın Bakıya səfər edəcəyi ilə bağlı anonslar eşidirik. Belə olan halda Fransanın Azərbaycanı tənqid edəcəyini gözləmək ağılsızlıq olar. Ən pis rüsvayçılıq Rusiyanın mövqeyi ilə bağlıdır. Rusiyalı həmsədr elə görüntü yaradır ki, sanki heç nə olmayıb. Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanı ələ salmasının qarşısında bu nədir ki. Lavrov son mətbuat konfransında dolayı yolla olsa da, Azərbaycana dəstək ifadə etdi. Bizi başa salmağa çalışdı ki, onlar Azərbaycana müasir silahlar satırlar və satacaqlar. Biz isə susaraq dövlət büdcəmizdən Rusiyanın Gümrüdəki hərbi bazasının xərclərini ödəyirik. Beləliklə, ABŞ, Fransa və Rusiya Azərbaycana qarşı çıxmaq istəmirlər. Günah bizim hakimiyyətdə və şəxsən Serj Sərkisyandadır. O, ölkəni elə vəziyyətə gətirib çıxarıb ki, heç kim bizə hörmət etmir”. “Birinci İnformasiya”ya bu olayı dəyərləndirən Yegizar Ayntabçi bildirir ki, Ermənistan hələ də beynəlxalq diplomatiya hüququnun nə olduğunu anlamır: “Biz, bu qaydaları dəyişə bilmərik. Biz özümüz dövlət olaraq güclü olmalıyıq. Güclü olsaq bizi sayacaq, hörmət edəcəklər. Güclü dövlət olmasaq, bizim tərəfimizi heç kim saxlamayacaq. Ermənistan isə belə dövlət deyil. Bizim hakimiyyət Ermənistanın suverenliyini siyasi alver predmetinə çevirərək Rusiyaya satıb. Bunun əvəzində Ermənistan Rusiyanın satrapına çevrilib. Ona görə də beynəlxalq aləmdə heç kim bizi saymır. Beynəlxalq münasibətlər sistemi üçün Ermənistan əhəmiyyətsizdir. Biz ilk növbədə öz suverenliyimizə dəyər kimi hörmət etməliyik ki, dünyada da bizə hörmət etsinlər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar
20.09.2019
“Əsrin Müqaviləsi“nin 25 ili tamam olur
19.09.2019
Yelizaveta Truss və Kristofer Pinçerdən
19.09.2019
“Əsrin müqaviləsi” gənclərin düşüncəsində
19.09.2019
Li Canşu: Çin Azərbaycanla əlaqələri dərinləşdirmək niyyətindədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info