Suriya özünü müdafiə etmək üçün əlindən gələni edəcək
Tarix: 22.01.2014 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Suriyanın xarici işlər naziri Valid əl-Muallim İsveçrənin Montrö şəhərində Suriya probleminə dair keçirilən beynəlxalq konfransda çıxışında deyib ki, heç kimin bu və ya digər hökuməti legitim, yaxud qeyri-legitim elan etməyə haqqı yoxdur.
O bildirib ki, buna ancaq xalq qərar verə bilər. Nazir bəyan edib ki, Suriya xalqı öz taleyini müəyyənləşdirmək və öz hökumətini seçmək hüququna malikdir: “Burada bizim vəzifəmiz xalqın iradəsini hər kəsə çatdırmaqdır, onun taleyini həll etmək deyil”. O qeyd edib ki, beynəlxalq ictimaiyyətin bəzi nümayəndələrinin bəyanatlarına rəğmən Suriya özünü müdafiə etmək üçün əlindən gələni edəcək. V. Muallim həmçinin Suriya müxalifətini dəstəkləyən və silahlandıran qüvvələrə də səslənib: “Əgər siz doğrudan da Suriyadakı humanitar durumdan narahatsınız, onda imkan verin iş görək, terrorçulara hərbi dəstəyi dayandırın, sanksiyaları aradan qaldırın. Sonra gəlin siyasətlə məşğul olaq, onda Suriyada hər şey yaxşı olacaq”. Suriya XİN başçısı konkret ölkələrin adlarını çəkməsə də, qeyd edib ki, onların məqsədi terrorçuluğun ixracı vasitəsilə Suriyanı dağıtmaqdır. V. Muallim həmçinin qərb ölkələrinin KİV-lərini Bəşər Əsəd hökumətinin hərbi cinayətləri barədə yalan məlumat yaymaqda ittiham edib. Konfransda Suriya müxalifətini təmsil edən Suriya Milli Koalisiyasının rəhbəri Əhməd Carba isə bəyan edib ki, müxalifət qüvvələri “Cenevrə-2” konfransının uğurla yekunlaşması üçün əlindən gələni edəcək. Suriyanın xarici işlər naziri çıxışında Türkiyə hökumətini satqınlıqda və Suriyada döyüşən terrorçulara birbaşa yardım etməkdə günahlandırıb.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
BƏƏ-yə məxsus gəmi İran tərəfindən saxlanıldı
16.09.2019
Dünyanın ilk üzən nüvə elektrik enerjisi stansiyası Pevek şəhərinə çatdı
16.09.2019
Ursula fon der Lyayen: “Xarici güclərin müdaxiləsi Avropa üçün təhlükədir”
16.09.2019
Tramp Ruhani ilə görüşü istisna etməyib
15.09.2019
“S-400“ün ikinci batareya materiallarının da təslimi tamamlandı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info