Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilməyəcək
Tarix: 22.01.2014 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


Ukrayna hakimiyyəti paytaxt Kiyevdə baş vermiş iğtişaşlarla bağlı ölkədə fövqəladə vəziyyət rejimini tətbiq etmək niyyətində deyil. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Klyuyev bəyan edib.
Qeyd edək ki, Ukraynanın hakim partiyasının parlament fraksiyası ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqini dəstəkləyə biləcəyini bəyan etmişdi. Bunu Regionlar Partiyasının parlament fraksiyası sədrinin I müavini Mixail Çeçetov bildirmişdi. Ukraynanın baş naziri Nikolay Azarov “Rossiya 24” telekanalına müsahibəsində bildirib ki, Kiyevin Müstəqillik Meydanındakı aksiyada Ukraynanın yalnız üç qərb vilayətinin nümayəndələri toplaşıb və bu aksiya heç də bütün ölkənin maraqlarını əks etdirmir. Onun sözlərinə görə, Müstəqillik Meydanındakı aksiya ilə müqayisədə Ali Radanın qarşısında hakimiyyətin siyasətinə dəstək mitinqində ölkənin bütün bölgələrinin nümayəndələri iştirak edir: “Qərb mətbuatı diqqətini yalnız bir meydana yönəldib, halbuki digər meydanda bütün Ukrayna təmsil olunub. Müstəqillik Meydanındakı aksiyada Ukraynanın əsas bölgələrinin çox az sayda nümayəndələri iştirak edir, burada əsasən 3 vilayət təmsil olunub - İvano-Frankovsk, Lvov və Ternopol vilayətləri. Ali Radanın yaxınlığındakı meydanda isə, demək olar ki, bütün Ukrayna təmsil olunub”. O əlavə edib ki, hazırda Ukraynanın hər yerində insanlar hökumətin siyasətini dəstəkləyir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2020
Ermənistanda koronavirusa yoluxanların sayı 47 431 nəfərə çatıb
19.09.2020
Putin Federasiya Şurasını toplayır
19.09.2020
Döyüşə erməni axçiləri gedir...
18.09.2020
Belarus sərhədlərini bağlayır
18.09.2020
Rusiyada 6 minə yaxın yeni yoluxma qeydə alınıb, 134 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info