Argentina ilə birgə layihələr həyata keçiriləcək
Tarix: 22.01.2014 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin Milli Konqresinin Deputatlar Palatasının sədri Xulian Dominqez ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişafı, qarşılıqlı olaraq səfirliklərin təsis edilməsi, yüksək səviyyəli səfərlərin həyata keçirilməsi, müxtəlif sahələrdə sənədlərin imzalanması məsələləri müzakirə olunub, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT Təhlükəsizlik Şurasında hər iki ölkənin qeyri-daimi üzvlüyü müddətində səmərəli əməkdaşlıqdan məmnunluq bildirilib.
Həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, xüsusilə də kənd təsərrüfatı, ərzaq emalı, yüksək texnologiyalar sahələrində birgə layihələrin həyata keçirilməsinin faydalı olacağı vurğulanıb. Görüşdə Azərbaycanın və Argentinanın qanunverici orqanlarında müvafiq dostluq qruplarının fəaliyyəti və həyata keçirilmiş qarşılıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlığa verdiyi töhfələr qeyd olunub, parlamentlərarası əlaqələrin genişləndirilməsi istiqamətində işin davam etdirilməsi barədə razılıq əldə edilib.
Xarici İşlər Nazirliyinin digər məlumatında qeyd edilir ki, Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bu ölkənin Xurqada şəhərinə işgüzar səfəri çərçivəsində Misirin Qırmızı dəniz ətrafı vilayətinin qubernatoru, general Əhməd Abdulla ilə görüşüb. Görüşdə Azərbaycan-Misir əlaqələrinin daha da inkişafı, xüsusilə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb. Ş.Abdullayev Azərbaycanın sürətli inkişafı, bütün sahələrdə əldə etdiyi nailiyyətlər, ölkəmizdə turizmin inkişafı üçün həyata keçirilən layihələr haqqında məlumat verib. Ə.Abdulla Misirin bütün istiqamətlərdə olduğu kimi, turizm sahəsində də Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini və bununla bağlı aidiyyəti dövlət qurumlarının məşvərət xarakterli toplantılarının keçirildiyini bildirib, bu məqsədlə yüksək səviyyəli nümayəndə heyətinin yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətində olduğunu diqqətə çatdırıb. Qubernator hazırda Azərbaycan turistlərinin Misirə səfərlərinin daha da sadələşdirilməsi yollarına və birbaşa hava uçuşlarının təşkil edilməsi imkanlarına baxıldığını vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info