Qabriel Lanski: “Ermənistana qarşı qaldırılan iddia əsasında keçirilən məhkəmədə uğur qazanacağıq”
Tarix: 22.01.2014 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


“Proseslə əlaqədar fikirlərim kifayət qədər optimistdir. Qərarın verilməsi 6 ay çəkə bilər. Qərarın nədən ibarət olacağını təbii ki, yalnız qərar çıxdıqdan sonra biləcəyik, ancaq mən çox optimistəm. Bu prosesdə uğur qazanacağıq”.
Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatasının “Çıraqov və başqaları Ermənistana qarşı” iş üzrə keçirdiyi prosesdən sonra Azərbaycan tərəfinin vəkili Qabriel Lanski jurnalistlərə açıqlamasında deyib. Vəkil bildirib ki, iddia tərəfinin əsas strategiyası Strasburq məhkəməsinin son müsbət qərar verməsinə nail olmaqdır: “Belə bir tarixi qərar regionda və Azərbaycanın işğal edilmiş ərazilərində gələcəkdə insanların sülh şəraitində birgə yaşaması baxımından böyük hadisə ola bilər. Bildiyiniz kimi, tək Avropa Şurası deyil, bir çox digər beynəlxalq təşkilat da bu ərazilərin Ermənistan tərəfindən işğal olunduğunu bəyan edib. Bu baxımdan, mən tam əminəm ki, bu proses Ermənistana qarşı aparılmalıdır. Erməni tərəfinin azərbaycanlıların guya Dağlıq Qarabağdakı məhkəmə instansiyalarına şikayət verməli olduqları haqda dedikləri tam əsasızdır. Tam əminəm ki, azərbaycanlılar bu gün nə işğal olunmuş Dağlıq Qarabağ, nə də Ermənistan məhkəmələri qarşısında iddia qaldıra bilərlər. Ona görə də bu işlə bağlı yalnız Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına ehtiyac var. Hesab edirəm ki, erməni tərəfinin apardığı bu oyun məhkəmə hakimləri tərəfindən qəbul edilməyəcək. Məhkəmənin əlində olan materiallar bizim bu işdə uğur qazanacağımızı tam əminliklə söyləməyə əsas verir. Bu işin 2011-ci ildə məhkəmə tərəfindən icraata götürülməsi haqda qərarı bizim uğur qazanmamız istiqamətində ilk addım idi”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info