“Armenianreport”: “İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır”
Tarix: 22.01.2014 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Azərbaycan dövlət başçısı Gəncədə məcburi köçkünlər üçün tikilmiş yeni yaşayış məhəlləsində olarkən Kəlbəcər rayonundan məcburi köçkün ailəsinin evində qonaq olub. Dövət başçısının həmin görüşdə səsləndirdiyi fikirlər Ermənsitan mətbuatının da diqqət mərkəzində olub. Bir sıra erməni KİV-i Prezidentin “İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır” fikrini başlığa çıxarıb.
“Armenianreport” portalı yazır ki, Azərbaycan Prezidenti uşaq bağçalarında, məktəblərdə, hərbi hissələrin ərazilərində yaşayan köçkünlər üçün daha yaxşı şəraitin yaradılmasının vacibliyini qeyd edərək, əsas tikinti işlərinin torpaqların işğaldan azad olunandan sonra başlanacağını vurğulayıb: “Biz buna hazırlaşırıq, hazır olmalıyıq. Bu gün gücümüz də, texniki imkanlarımız da, peşəkar inşaatçılar da var. Bütün bu şəraiti bizim yerli inşaatçılar yaradırlar, tikirlər. Ona görə, işğala son qoyulandan sonra, - mən buna əminəm ki, o gün gələcəkdir, - biz Kəlbəcərdə, Laçında, bütün başqa şəhərlərdə gözəl binalar tikəcəyik. Əvvəlki illərdəkindən daha da gözəl binalar olacaq”. Erməni saytı yazır ki, Prezident İlham Əliyev o günün gələcəyinə əmin olduğunu bildirib: “O günü yaxınlaşdırmaq üçün biz hamımız çalışırıq, çalışacağıq. Azərbaycan güclənir, ölkənin gücü, iqtisadi, hərbi potensialı, əhalisi artır. Keçən il Azərbaycanda 170 mindən çox uşaq doğulub. Yəni, il ərzində təbii artım 120 min nəfər olub, getdikcə daha da artacaq. İndi əhalinin sayı 9 milyon 500 mindir, getdikcə artacaq. Demoqrafiya, iqtisadiyyat, hərbi güc Qarabağ probleminin həllində əsas rol oynayacaq”. Azərbaycan Prezidenti qeyd edib ki, bu gün Ermənistan xarici yardım olmadan yaşaya bilmir: “Nəinki inkişaf edə, yaşaya bilmir. Özləri, ən yüksək vəzifəli şəxslər açıq etiraf edirlər ki, biz xarici yardımsız yaşaya bilməyəcəyik. Nəyə görə? Çünki işğalçı siyasət onları bu vəziyyətə salıb. Azərbaycan isə bu işğala, çətinliklərə baxmayaraq, son 20 il ərzində müstəqil dövlət kimi görün nə qədər inkişaf edib! İnkişaf hələ daha da sürətlə davam edəcək. Ona görə, ərazi bütövlüyümüzün bərpası məsələsi mütləq həll ediləcək. Heç kimdə bu barədə şübhə olmasın. Eyni zamanda, mən bu barədə demişəm və bir daha demək istəyirəm ki, gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdır. Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır. O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azərbaycanlıların yaşadıqları ərazi çox böyük olub. İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq, yaşayacağıq”. Dövlət başçısının sözlərinə görə, 20 ildən artıq işğal çox ağrılıdır, ədalətsizlikdir, insanlara əzab verir, əlbəttə, ölkənin inkişafına böyük maneədir: “Ancaq 20 il tarix üçün o qədər də böyük vaxt deyil. Biz gələcəyə baxmalıyıq, 20 ildən, 30 ildən, 50 ildən sonra necə olacaq, Azərbaycan necə inkişaf edəcək?! Əminəm ki, biz o qədər də uzaq olmayan gələcəkdə bütün tarixi torpaqlara qayıdacağıq. O zaman tarixi ədalət tam şəkildə bərpa ediləcək. Birinci mərhələdə işğal edilmiş torpaqlar boşaldılmalıdır. Dağlıq Qarabağda, ondan sonra bütün başqa yerlərdə azərbaycanlılar yaşayacaq. Biz hamımız çalışmalıyıq ki, bu günü yaxınlaşdıraq. Ancaq müvəqqəti olaraq indi bu şərait də var. Mən əminəm ki, bu, müvəqqəti bir yaşayış yeridir. Ancaq müvəqqəti də olsa, yaxşı olmalıdır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info