Alimlərimiz Yevlax və Mingəçevirdə neft axtarır
Tarix: 22.01.2014 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu Yevlax və Mingəçevir rayonlarında neft axtarışındadır. Bu ərazilərdən keçən Acınohur dağ silsiləsi ötən əsrin 40-60-cı illərində aparılmış geoloji tədqiqatlar nəticəsində perspektivli neft-qaz rayonu kimi
qiymətləndirilib.

Həmin vaxt elmi-nəzəri məlumatlar əsasında bu geoloji zolaqda kəşfiyyat quyuları qazılıb, lakin elmi texnologiyanın kasadlığı səbəbindən axtarışlar lazımi mərhələyə çatdırılmayıb. Hazırda neft-qaz toplanma zonalarının geodinamik üsulla proqnozlaşdırılması üçün alqoritm və proqramların nəzəri əsasları hazırlanır. İşlər institutun Geodinamika və seysmologiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun qrant dəstəyi ilə həyata keçirilir. Şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov bildirir ki, tədqiqatlar yeni axtarış üsulu olan kəşfiyyat geodinamikası əsasında aparılır. Burada müasir geodinamik hərəkətlər, geofiziki, radiokimyəvi və istilik sahələri, deformasiya prosesləri, həmçinin flüid dinamikasının fəza-zaman dəyişmələri barədə əldə edilən informasiya neft və qaz yataqlarının axtarışı və kəşfiyyatında istifadə olunur. Bu tədqiqat üsulları ilə hazırda yerin təkində geodinamik proseslərdə anomaliyalar izlənilir. Anomaliyaların aşkarlanması üçün Acınohur dağ silsiləsinə yaxın zonalarda, o cümlədən Şəkidə də tədqiqatlar həyata keçiriləcəkdir. Neft yataqlarının axtarışı məhz anomaliyaların müşahidəsi əsasında mümkün olacaqdır. İkiillik layihənin icrasına 2013-cü ilin oktyabrında başlanılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info